Icma.az
close
up
RU
Leyla Əliyeva Londonda iqlim dialoqunda FOTO

Leyla Əliyeva Londonda iqlim dialoqunda FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr:
Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.
Bizim.Media xəbər verir ki, 56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib.
O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb. Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb. Leyla Əliyeva çıxışının sonunda qeyd edib ki, təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır.
 

COP29-un Sədri və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında beynəlxalq birliyi Xəzər üçün də Amazon və digər tropik meşələr kimi həmrəylik göstərməyə çağırıb və bildirib ki, Azərbaycan bu məqsədlə BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2025–2035-ci illəri əhatə edən “Xəzər dənizinin səviyyə enməsi üzrə Fəaliyyət Planı” üzərində işləyir. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə COP29 çərçivəsində Xəzəryanı dövlətlərin birgə bəyannamə qəbul etdiyini və əməkdaşlığın gücləndirildiyini xatırladıb.


Sədr IDEA kampaniyasının Xəzərin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətləri ilə həmrəylik göstərdiyini, bu ölkələrdə davamlı inkişaf və adaptasiya layihələrinə dəstək verdiyini bildirib. Muxtar Babayev çıxışının sonunda qeyd edib ki, COP29-da verilən vədlərin yerinə yetirilməsi və iqlim maliyyəsinin artırılması beynəlxalq etimadın bərpası üçün vacibdir və Azərbaycan bundan sonra da qlobal iqlim həmrəyliyi istiqamətində fəal rol oynayacaq.
Millətlər Birliyinin Baş katibinin müavini Suddhu Arjun Millətlər Birliyinə daxil olan ölkələrin əksəriyyətinin iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qaldığı barədə danışıb. O bildirib ki, Azərbaycanın COP29 Sədrliyinin xüsusilə kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə həssaslıqla yanaşması və bu problemlərin həlli istiqamətində konkret addımlar atması olduqca təqdirəlayiqdir. Bu baxımdan, o, COP29 Sədrliyi ilə Millətlər Birliyi arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında Millətlər Birliyinə daxil olan kiçik ada dövlətlərində iqlim fəaliyyətinə töhfə verməyi hədəfləyən əməkdaşlıq layihəsinə diqqət yönəldib.
 

Britaniya Xarici İşlər Nazirliyinin Kiçik Ada Dövlətləri üzrə xüsusi elçisi Tim Hemminqs çıxışında ötən il COP29-un əldə etdiyi uğurlara nəzər yetirib, dəyişən su səviyyələrinin yaratdığı problemlərin miqyasını nəzərə alaraq Britaniya XİN-in bu istiqamətdə məsələlərə dəstək vermək üçün bir sıra layihələr həyata keçirdiyini deyib. O, COP29 Sədrliyinin Millətlər Birliyi ilə Londonda bu mövzuda tədbir təşkil etməsinin alqışalayiq olduğunu söyləyib.


“Whale Guardians” təşkilatının həmtəsisçisi və icraçı direktoru Maykl Fişbek Xəzər dənizinin bioloji müxtəlifliyinə diqqət yönəldərək nəzərə çatdırıb ki, Xəzərin suyunun azalması qlobal okeanlarda baş verə biləcək daha genişmiqyaslı proseslərin xəbərçisidir. O, buna görə də Xəzərin qorunması ilə bağlı təxirəsalınmaz addımların atılmasının vacibliyini deyib.
Fişbek Azərbaycanın ölkə Prezidentinin rəhbərliyi altında COP29 zamanı göstərdiyi liderliyi və yaşıl enerji sahəsində planlarını yüksək qiymətləndirib. O, çıxışının sonunda bildirib ki, məqsədi təkcə balina və digər dəniz canlılarını qorumaq deyil, Xəzər dənizi kimi dəniz ekosistemlərini də qorumaq və onların yenidən canlanmasına töhfə verməkdir.
 

Tədbirdə Baham, Maldiv, Antiqua və Barbuda kimi kiçik ada dövlətlərinin Londondakı səfirləri danışaraq dəniz səviyyəsinin qalxmasının bu ölkələrin mövcudluğu üçün birbaşa təhlükə yaratdığını deyib, COP29 Sədrliyinə belə vacib məsələyə diqqət yönəltdiyi üçün təşəkkür ediblər.


Tədbirdə Azərbaycan təbiətinə həsr olunmuş sərgi də nümayiş etdirilib. Tədbir sərgiyə baxış və rəsmi qəbulla yekunlaşıb.








Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri