Leyla Əliyeva “Məlhəm Hospital”ında Foto
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib.
Axar.az xəbər verir ki, ziyarətə tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən laboratoriya bölməsindən başlayan Leyla Əliyeva daha sonra Təcili Yardım Şöbəsinin fəaliyyəti ilə tanış olub. O, burada göstərilən xidmətlərin keyfiyyəti və operativliyi ilə maraqlanıb, həkimlərlə görüşüb.
Ziyarət zamanı Leyla Əliyeva radiologiya şöbəsində də olub. Ona burada istifadəyə verilmiş son nəsil tomosintezli mammoqrafiya cihazı barədə ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq tədqiqatlara əsasən, 2031-ci ilə qədər hər 8 qadından birində süd vəzi xərçəngi riski ola bilər. Məhz bu səbəbdən “Məlhəm Hospital” tərəfindən ölkəyə qabaqcıl tibbi avadanlıqlar gətirilib və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xüsusi önəm verilir.
Daha sonra Leyla Əliyeva ultrasonoqrafiya otağında uşaqlarda aparılan müayinələrlə tanış olub. Xüsusilə Daun sindromlu və digər spektrli uşaqların müayinəsi ilə maraqlanaraq bu sahədə ölkəmizdə görülən işlər haqqında məlumat alıb. Bildirilib ki, son illərdə Azərbaycanda yüksək texnologiyalı avadanlıqlar və peşəkar mütəxəssislərin sayəsində skrininq müayinələri vaxtında aparılır, nəticədə spektrli və ağır diaqnozlu doğuşların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















