Leyla Əliyeva onlara bayram sovqatları göndərdi Foto
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Axar.az xəbər verir ki, "Bizim Mətbəx" sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, "Bizim Mətbəx" layihəsinin veb-saytı (https://bizimmetbex.az/) artıq bir ildən çoxdur ki, istifadəyə verilib və bu platforma vasitəsilə vətəndaşlar ianə edə, həmçinin könüllü kimi layihəyə qoşula bilirlər.
Baxış sayı:37
Bu xəbər 31 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















