Icma.az
close
up
RU
Leyla Əliyeva Qadınlar Forumunda

Leyla Əliyeva Qadınlar Forumunda

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025" çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

Modern.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, "KADEM" Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru Afnan Al-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib. Qadınların bilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqət çəkib: "Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsas missiyamız qadınlara öz potensiallarını kəşf etməyə və reallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm də mədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər. Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcı layihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq".

"KADEM" Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılan bir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir. "Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanın xalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildə İznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadının yaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü ilə formalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadının tarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir", - deyə Sümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınların yaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərini müzakirə etmək üçün ideal platforma olduğunu deyib: "Bu istiqamətdə Azərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqları müəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədə əməkdaşlığı daha da gücləndirməkdir".

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin "Zaman dairəsindən çıx - Sevgi dairəsinə daxil ol" kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində "Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi", "İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu" və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri