Icma.az
close
up
RU
Leyla Əliyeva və Arzu Əliyeva İqtisad Universitetində

Leyla Əliyeva və Arzu Əliyeva İqtisad Universitetində

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin dili tədrisi ilə tanışlıq

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlığa mühüm töhfələr verib”, – deyə Din Tao əlavə edib.

Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. “Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır”, - deyə o əlavə edib.

Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.

Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.

Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.

Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri