Icma.az
close
up
RU
Leyla Əliyeva “YARAT” Müasir İncəsənət Mərkəzində FOTOLAR

Leyla Əliyeva “YARAT” Müasir İncəsənət Mərkəzində FOTOLAR

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı olub.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

Sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.

Sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş “dəniz epistemologiyası” anlayışına istinad etdiyini vurğulayıb.

“Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər”, – deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin “Arxetipik azərilər: mentalitetin simaları” kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: “Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda, qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?”.

Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar”.

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.

Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və “Artcom” platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə “Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: “Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri