Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.
Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.
APA xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.
Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















