Leyla Əliyeva yevlaxlı uşaqlara velosiped hədiyyə etdi Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün Yeni il tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub.
Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicəyə və qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlərin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi təşkil olunur.










Baxış sayı:72
Bu xəbər 26 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















