Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Yanvarın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən "Gənclər Məkanı"nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.
Oxu.Az-ın məlumatına görə, "Nine Senses" İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlib. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.
Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəyib, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanıb və dərslərin davamlı olması arzusu bildirilibdir.
Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 16 Yanvar 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















