Icma.az
close
up
RU
Leyla Həsənova: İqlim təhsili məktəbdən başlamalıdır

Leyla Həsənova: İqlim təhsili məktəbdən başlamalıdır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bizim uğurlu fəaliyyətimiz və COP29-a sədrlik təcrübəmiz nəticəsində gənc müəllimlərə dəstək göstərməyə xüsusi diqqət ayırırıq. Məhz buna görə ötən il gənc müəllimlər üçün iqlim dəyişikliyi yay düşərgəsi (Climate Change Summer Camp) təşkil etdik. Həmin düşərgəyə 75 gənc qoşuldu. Bu il isə 50-dən çox ölkədən 56 gənc müəllim iştirak etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova ADA Universitetində keçirilən “İqlim keçidində ali təhsilin rolu” mövzusunda tədbirdə deyib. O qeyd edib ki, gənc müəllimlərin seçilməsi təsadüfi deyil: “Bir gənc müəllimi maarifləndirəndə o, ölkəsinə qayıdaraq yüzlərlə şagirdə, tələbəyə və məktəb icmasına bilik ötürür. Bu, qartopu effekti yaradır. Təhsil prosesi yalnız ikihəftəlik tədbirlərlə məhdudlaşmır, öhdəliklər il oyu həyata keçirilməlidir. Azərbaycan da bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və bu prosesi davam etdirir”.

Leyla Həsənova vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin məqsədi həm gənclərin, həm də məktəblilərin iqlim dəyişikliyinin təsirlərini dərk etməsinə şərait yaratmaqdır: “İqlim təhsili hər yaş qrupunu əhatə etməlidir. Bu gün artıq ibtidai sinif şagirdləri iqlim dəyişmələrinin mahiyyətini anlayırlar. Hətta uşaq bağçalarında da bu mövzular öyrədilməlidir. Ən böyük rol isə müəllimlərindir. Onlar yüzlərlə, minlərlə şagird və ailələrə təsir edə biləcək fədakar peşəkarlar, iqlim savadlılığının səfirləridir”.

COP29-un iqlim üzrə gənclər çempionu əlavə edib ki, müəllimlərin iştirakı ilə formalaşan bu şəbəkə yaxın gələcəkdə daha da genişlənəcək: “Biz sabaha ümid formalaşdırmaq, iqlim böhranının təsirlərinə qarşı mübarizəni ən güclü alətimiz – təhsil vasitəsilə aparmaq üçün bir araya gəlmişik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri