Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində FOTOLAR

Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.

Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.

2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir.

Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin, eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilməkdədir.

“Bu illər ərzində bizim bir çox gənc istedadlarımız Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xaricdə təhsil proqramlarına cəlb olunublar, onların fərdi inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Uşaq İncəsənət Festivalı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və ideyası ilə keçirilir. Qarşıya qoyulan tapşırıqlardan biri də o idi ki, bütün ölkə ərazisində yaradıcı təfəkkürə malik gənc istedadların, xüsusi fitri istedada sahib olan uşaqların müəyyən edilməsi, onların üzə çıxarılması, onlarla fərdi inkişaf işinin aparılması istiqamətində bir mexanizm qurulsun. Bu layihə də məhz həmin ideya əsasında ərsəyə gəldi. Məzmununa və ideyasına görə çox mühüm bir layihə olan və ikinci dəfədir keçirilən Uşaq İncəsənət Festivalı, sadəcə, bir tədbir deyil. Festivala paytaxtın rayonları da daxil olmaqla ümumilikdə 86 şəhər və rayondan uşaqlar və gənclər müraciət etdilər. Üç mərhələli seçim əsasında 24 nominasiya üzrə qaliblər müəyyənləşib. Bu, yaradıcı şəxslərin üzə çıxarılması üzrə əhatəli bir platformadır. Burada gənc istedadların kadr bankı formalaşmış olur. Yaradılan elektron analitik platforma əsasında hər bir bölgədə hansı istedadların olduğunu, incəsənətin müxtəlif növlərinə daha çox meyli olan bölgələri müəyyən edirik. Bilirik ki, hansı bölgədə hansı istedadlar mövcuddur. Bu, həm gələcəkdə mədəniyyət sahəsi üzrə data əsaslı idarəetməyə imkan verir, həm də peşəkar heyətin formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsini və peşəkar təhsilə, sonra da peşəkar mədəniyyət sahəsində idarəetməyə gətirilməsi üçün geniş imkanlar yaradır”, - deyə mədəniyyət naziri vurğulayıb.

Sonra festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra isə qaliblərin ifasında konsert proqramı təqdim olunub. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı, tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi hazırlanmış musiqi-səhnə kompozisiyaları ilə çıxış ediblər.

Festivalın rəsm nominasiyası üzrə qalib olan 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü on yaşlı Melissa Quliyeva müsahibəsində qədim bazarlarımızı təsvir etdiyi əsərinin qalib seçildiyini bildirib: "Qaliblər arasında olduğum üçün çox sevincliyəm. Bundan sonra da üzərimdə çalışacağam və daha gözəl işlər ərsəyə gətirəcəyəm".

Akademik vokal üzrə birinci yer tutan on iki yaşlı Raul Hüseynov bəstəkar Fikrət Əmirovun əsərlərindən olan "Gülərəm, gülsən" mahnısı ilə qalib olub. O, rəqiblərinin kifayət qədər güclü olduğunu, lakin qələbə qazanmaqda çətinlik çəkmədiyini deyib. Raul üç ildir musiqi ilə məşğul olduğunu və ilk dəfə birinci yeri tutduğunu qeyd edib. R.Hüseynov gələcəkdə bu istiqamətdə fəaliyyətinə davam etməyi və Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyi düşünür.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.

Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Dekabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see230

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see178

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri