Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar AUİB in yeni inşa edilmiş binasının açılışını ediblər

Leyla və Arzu Əliyevalar AUİB in yeni inşa edilmiş binasının açılışını ediblər

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.

Bakıvaxtı.az xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış edib.

Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət guşəsi yaradılıb.

Qeyd edilməlidir ki, burada təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.

Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Mart 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri