Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində Fotolar

Leyla və Arzu Əliyevalar London Dizayn Biennalesində Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb.

“Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik”, - deyən Leyla Əliyeva bildirib ki, “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir.

Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir.

London Dizayn Biennalesi-2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb.

London Dizayn Biennalesi tarixi “Somerset House” binasında iki ildən bir keçirilən beynəlxalq sərgidir. Biennale müxtəlif ölkələrdən rəssam, dizayner, memarları bir araya gətirir. London Dizayn Biennalesi bu il “Səthin əks olunması” (Surface Reflections) mövzusunu əhatə edir.

Azərbaycan pavilyonu iyunun 29-dək ziyarətçilər üçün açıq olacaq.











Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri