Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə Fotolar

Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə Fotolar

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə reallaşan MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək insanlarla təbiət arasındakı əlaqənin, eləcə də ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırır.

Layihə ilk dəfə 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində təqdim olunub. Sərgi sonradan beynəlxalq miqyas qazanaraq Manama, Roma, London, Tbilisi, Berlin, Tirana, Cenevrə və Riqada nümayiş etdirilib.

Bu dəfə isə sərgi Heydər Əliyev Fondunun və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Madriddə təqdim olunur.
Açılış mərasimində çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov MAMA “Ana təbiət” layihəsinin incəsənət və bəşəriyyət arasındakı dərin əlaqəni araşdıran beynəlxalq bədii təşəbbüs olduğunu bildirib.

Layihənin müasir dövrün ekoloji çağırışlarına diqqət çəkdiyi qeyd olunub. Səfir layihənin ideya müəllifi Leyla Əliyevaya sərginin Madrid şəhərində keçirilməsinə görə təşəkkürünü bildirib, ekspozisiyanın yalnız incəsənətə marağın artırılmasına deyil, həm də ziyarətçilərdə ətraf mühitə qarşı daha çox məsuliyyət və qayğı hissinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra çıxış edən İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Lui Fonseka Sançez ölkəsinin incəsənətin, yaradıcılığın və mədəniyyətin diyarı olduğunu bildirib. Qeyd edib ki, məhz bu güc sayəsində Azərbaycan kimi tərəfdaşlarla dialoq və əməkdaşlıq üçün yeni imkanlar açılır. İspaniya həm də Avropada ən geniş qorunan təbiət ərazilərinə malik ölkələrdən biridir. Bu ərazilər minlərlə ziyarətçi üçün əlçatandır və bu da ekosistemlərin, biomüxtəlifliyin qorunmasının əhəmiyyətini dərk edən bir cəmiyyətin formalaşdığını göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət” beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.

“Təbiət bizim anamızdır. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, biz insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edirik. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır”, - deyə Fondun vitse-prezidenti əlavə edib.

Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.

Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrdən olan tanınmış müasir rəssamların əsərləri sərgilənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri