Icma.az
close
up
RU
“Leyli və Məcnun” haqqında düşüncələr

“Leyli və Məcnun” haqqında düşüncələr

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Eşq haqqında anlatılanlar təsəvvüf dünyasında çox vaxt bir təmsil və rəmz olaraq görülmüşdür. Zahirdə iki insanın ayrılıq hekayəsi olan bu mətnlər alt qatda isə insanın öz özüylə, həqiqətlə və yaradan ilə qurduğu əlaqənin simvolik izahına çevrilir. Vahid Məmmədlinin Leyli və Məcnun romanı da təsəvvüf yolu olan bir romandır. Üzdə Arran ölkəsindəki iqtidar münaqişələri, qəbilə qüruru, köçəri insanların üsyanları və bir eşqin önünü kəsən sosial bariyerlər görünür. Fəqət dərində isə mətn eşq yolçuluğunu bir “həqiqət bilgisi” olaraq inşa edir. Bu səbəbdən romanın mərkəzindəki sual eşqin nə olduğu deyildir. Romanın təməlində yer alan əsas məsələ “Eşq insanı hansı var olma mərtəbələrinə daşıyır?” sualıdır.

Bu var olmaq yolçuluğu romanda həm fərdi, həm də sosial səhnələrlə hörülür. Bərdədəki qarmaqarışıq siyasi nizam -İbn Məhanın zövq və iqtidar sərxoşluğu, Vəzir Valid İbn Tarifînin zülmü, Tərəkəmə köçərilərinin baş qaldırması- romanın bünövrəsində yer alan çözülmənin ilk qatıdır. Bu çözülmədə xarici aləmdəki təxribatın insanın iç dünyasına təsir edən bir ünsür olaraq görmək mümkündür. Bu hadisələr əsnasında uzaq Nəcid çöllərindən gələn Bəni Amir qəbiləsində ruhların əzəldəki tanışlığını xatırlayacaq olan iki aşiq doğulur: Qeys və Leyli.

Qeysın mədrəsədə Leylini gördüyü an “Ömrüm boyunca axtardığım sən imişsən!” deyə hayqırması zahirdə bir az şişirdilmiş kimi görünsə də, batində isə “fəna” dövrünün, özünü unutmağın başlanğıcıdır. Təsəvvüf qavramlarından biri olan “fəna” insanın nəfsindən qoparaq Haqda yox olması deməkdir. Qeysin Məcnunluğa yol alması tam da bu fəna dövrünün romanlaşdırılmış halı olaraq oxuna bilər. Məcnunluq dəlilik deyil, insanın öz mənliyindən soyunub ayrılma mübarizəsidir. Nəfsin qatları çözülərkən geriyə qalan yalnız eşqin özüdür.

Bu səs Qeysi cəmiyyətin izdihamlı küçələrindən alıb öncə çöllərin tənhalığına, sonra da meşələrin nur dolu məkanlarına daşıyır. Məmmədlinin etdiyi məkan inşası da bu təsəvvüfî seyri simvolik bir nizama salır. “Saray”, nəfsin xarici dünyaya bağlanmış halıdır: şəhvət, qüdrət, arzu, iqtidar, “çöl” nəfsin təmizləmdiyi ilk dayanacaqdır. Dünyəvi bağların çözüldüyü, insanın öz çılpaq mənliyi ilə üzləşdiyi məkandır. “Meşə” isə aydınlanmanın simvoludur. Zamanın və məkanın həll olduğu, yaddaşın dərin qatlarının açıldığı bir eşikdir.

Romanın sosial gərginliyi də bu təsəvvüfî strukturu tamamlayır. Fəttahın inadı, qəbilə şərəfi, cəmiyyətin “məcnun”u dəliliklə damğalaması və Leylinin varlı tacir İbn Salama zorla verilməsi, Nofəlin verdiyi sözü tuta bilməməsi, Qur’ana olan sayğısıyla geri çəkilməsi, İbn Salamın Leylinin eşqi qarşısında tükənməsi, eşqin sadəcə şəxsi bir duyğudan ibarət olmadığını, cəmiyyətə də təsir etdiyini və cəmiyyətin sevginin gücünü anlaya bilmədiyində ona yalnız “yasaq”, “ayıb” və ya “dəlilik” adı verdiyini göstərir.

Qeysin Kəbə yolçuluğunda yaşadığı təfəkkür halı da yaşadığı dəyişikliyin ən bariz nümunəsidir. Qeysin Həcərül Əsvəd’i öpdüyündə Leylinin qoxusunun bütün məkana yayılması zahirdə bir möcüzə kimi görünsə də, əslində isə həqiqətin “eşq birdir” düşüncəsidir. Qeysin, “Hər yer Leylidir, ata! Yer də, göy də, dəniz də..” (s. 97) sözləri sevgiliyə duyulan eşqin Allah eşqinə çevrilməsinin isbatıdır.

Bu isbat romanın finalında metafizik bir nəticəyə səbəb olur. Leylinin Qeysə qovuşduğu anda yayılan ağappaq nur bu iki ruhun dünyəvi varlıqlarını geridə qoyaraq “ilahi dərgah”a yüksəlişini göstərir. Cəmiyyət onları axtarar, amma tapa bilməz. Nofəlin hökmdarın hüzurunda “Onlar artıq göy üzündə pərçimlənmiş bir cüt ulduzdur” (s. 143) deməsi bir növ romanın öz həqiqətini, mesajını aşkar etməsinə səbəb olur.

Romanın sujet xətti Məmmədlinin təsəvvüfün təməl düşüncələrini -fəna, eşqin mərtəbələri, ruhların əzəli yaxınlığı- modern bir izahın imkanlarıyla birləşdirməsini təmin edir. Qeys ilə Leylinin bir-birini tanımaları, cəmiyyət tərəfindən ayrı salınmaları, səhra və meşə tərcübələri, Həc yolğuluğu və son yüksəlişləri eşqi varlıq mərtəbələrinin ən üst qatına yerləşdirən bir hekayəyə çevirir…

Nəticədə Leyli və Məcnun, həqiqəti eşq üzərindən oxuyan bir əsər deyil, eşqi həqiqətin özü olaraq inşa edən bir romandır.

Ənvər Akyol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri