Icma.az
close
up
RU
Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti "İmza Construction” MMC ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Xocavənd rayonunun Qarakənd kəndində fərdi yaşayış (40 ev - 6732 m2) evlərinin təmiri nəzərdə tutulur.  Ümumi sahəsi 6732 kv.metr olan 40 evin təmirinə görə şirkətə 2 349 468 manat ödəniləcək. Bu halda 1 kv.metr sahənin təmiri 349 manata başa gələcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında "İmza Construction” MMC-nin 19 aprel 2006-cı ildə qeydiyyata alındığı göstərilib. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, ev 92C, 6012-ci məhəllə, giriş 4, mənzil 232-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Azər Oqtay oğludur. 

Şirkət 2024-cü ilədək "Ehram” MMC adı ilə fəaliyyət göstərib. Həmin ildə adı dəyişdirilib. Azər Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Əhmədov Kamran Natiq oğlu, ondan əvvəl isə Əhmədov Natiq Əmiraslan oğlu olub. Bu şəxslərin heç bir haqqında açıq mənbələrdə məlumat yoxdur. "İmza Construction” MMC haqqında da hər hansı məlumata rast gəlinmir. 

Şirkət cari ildə artıq 4 satınalma müqaviləsi (yazıda bəhs edilən müqavilə də daxil olmaqla) imzalayıb. Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən əvvəl Biləsuvar Rayon İcra Hakimiyyəti ilə 2, Qobustan Rayon İcra Hakimiyyəti ilə isə 1 satınalma müqaviləsi bağlayıb. Şirkət bu müqavilələr üzrə adıçəkilən qurumlardan toplam olaraq 498 162,33 manatlıq sifariş alıb.  

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə "İmza Construction” MMC arasında bağlanan satınalma müqaviləsinə gəlincə, aydın olur ki, satınalma birmənbə metodu ilə həyata keçirilib. Ümumiyyətlə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin həyata keçirdiyi satınalmaların əhəmiyyəti hissəsi birmənbə metodu ilə baş tutub. 

"Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsinə görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilir:

* 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

* 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

* 49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

* 49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

* 49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

* 49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Xocavəndə 40 evin təmiri işlərinin satın alınması üçün birmənbə metodunu tətbiq etməyə heç bir əsas yoxdur. 

Birincisi, "İmza Construction” MMC alternativi olmayan şirkət deyil. Ölkədə kifayət qədər nüfuzlu tikinti şirkətləri var. 

İkincisi, ortada hər hansı fövqəladə hal yoxdur. Hər halda Xocavənddə epidemiya, texnogen qəzalar baş verməyib. 

Üçüncüsü, şirkətlə qurum arasında imzalanan bu müqavilə üzrə satınalma predmeti əvvəlkinin davamı deyil. Ümumiyyətlə, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan görünür ki, "İmza Construction” MMC Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən birinci dəfədir sifariş alır.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, daha sonra direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri və 2022-ci ildə qısa müddət Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 

HƏMÇİNİN BAX:

Leysan Məmmədovdan deputatın oğluna 8 milyonluq sifariş

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bundan əvvəl deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbəri olduğu "Diler İnşaat” şirkəti ilə 8 milyonluq satınalma müqaviləsi bağlayıb. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:407
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see284

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see135

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see128

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see123

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri