Leysan Nabranda da ciddi fəsadlar yaratdı Fotolar KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Aprelin 4-5-də aramsız yağan leysan yağışları və çaylarda əmələ gələn sel suları Nabran turizm zonasında ciddi fəsadlar törədib.
KONKRET.az xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə, yol infrastrukturuna və elektrik təsərrüfatına ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi zərər görüb.
Nabran kəndində sel suları evlərin həyətyanı sahələrinə, turizm obyektlərə və kənd yollarına xeyli ziyan vurub.
Fəsadların operativ şəkildə aradan qaldırılması, zərərçəkmiş sakinlərə lazımi köməkliyin göstərilməsi və aidiyyəti tədbirlərin görülməsi məqsədilə Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinə, eləcə də müvafiq xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon ərazisindən keçən çayların məcrasından çıxması nəticəsində Niyazoba kəndində də 105 evə ziyan dəyib. Güclü leysan yağışları zamanı sel sularının digər yaşayış evlərinə zərər vurmasının qarşısını almaq məqsədilə diametri 1500 mm olan əlavə suötürücü dəmir-beton boru quraşdırılıb, eyni zamanda, əraziyə nəqliyyat əlaqəsinin fasiləsizliyini təmin etmək üçün alternativ yol çəkilib.
Hazırda ərazidə xilasetmə, bərpa və yenidənqurma işləri davam etdirilir.














Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 06 Aprel 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















