Icma.az
close
up
RU
Leysan yağışlarında heç vaxt şikayət olmayıb Bakının deputatları DANIŞDI

Leysan yağışlarında heç vaxt şikayət olmayıb Bakının deputatları DANIŞDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Paytaxtda axşamdan başlayan yağış şəhərdə bir sıra çətinliklər yaradıb və fəsadlar törədib. Dövlət qurumları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Modern.az Bakının bir sıra rayon deputatı ilə hazırkı vəziyyəti öyrənmək üçün əlaqə saxlayıb.

Saytımıza açıqlamasında 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin deputatı Məlahət İbrahimqızı bildirib ki, seçiciləri hava şəraiti ilə bağlı ona heç bir müraciət etməyiblər:

"Rayon təsərrüfat idarəsi, icra hakimiyyəti deyiləm ki, seçicilər mənə müraciət etsinlər. Deputatlarla kritik məsələlərlə bağlı əlaqə saxlanılır. Ümumiyyətlə, son zamanlar yağan leysan yağışlarında heç vaxt şikayət olmayıb. Bu ana qədər də heç bir şikayət yoxdur. Əminəm ki, təkcə Nəsimi rayonunda yox, Bakının heç bir yerində problem olmaz. Çünki artıq təcrübə var. Bu il bir neçə sel yağışında müəyyən problemlər olmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proses tənzimləndi. Bilirsiniz, bu təkcə Azərbaycanda olan hadisə deyil. İnsanları panikaya salmaq olmaz. Təbiətin şıltaqlığıdır. Keçən il Almaniyada necə dəhşətli yağışlar yağmışdı. Heç Almaniya kimi dövlət bunun qarşısını ala bilmədi, yağışın çox ciddi də fəsadları oldu. Belə hallar olur. Subyektiv və obyektiv səbəblər ola bilər. Çox güclü leysan yağışı yağa bilər. İnsan təbiətin qarşısında acizdir. Bəs COP tədbirləri nəyə görə keçirilir? Ona görə ki, iqlim dəyişikliyi sayəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın. Əminəm ki, indi də ciddi problem olmaz. Yaşadığım yer də  körpülər tərəfdədir. 5-10 dəqiqəyə evdən çıxacam. Amma pəncərədən görürəm ki, maşınlar həmişəki qaydada gedirlər, amma indi böyük sel də yoxdur”.

27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Arzuxan Əlixadə isə bildirib ki, hazırda Sabunçu rayonunda şəhər mərkəzinə çıxışda çox ciddi çətinlik var.

"Yol faktiki olaraq bağlanıb, Bağırov tunelində keçid dayandırılıb. Bu səbəbdən artıq 1 saatdan artıqdır ki, həmin istiqamətdə maşınların hərəkətinə imkan yoxdur. Yağışla əlaqədar ailə üzvlərim də əlaqə saxlamışam. Bildirirlər ki, Koroğlu metrosu tərfədə maşında qalıblar, həmin ərazidən nə irəliyə, nə geriyə keçid yoxdur.

Deputat bildirib ki, Sabunçu qəsəbəsində yağışın yaratdığı vəziyyətlə bağlı da  məlumatlar alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Aprel 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri