Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? VİDEO
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.
Gununsesi.info Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.
Nəqliyyat vasitəsinin sahibi nömrənin oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün ərazi polis orqanına müraciət etməlidir. “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış nömrə tapıldıqda, o ilk olaraq sonuncu sahibinə təklif edilir.
Lakin nömrə tapılmadıqda sürücünü uzun və yorucu prosedur gözləyir. Bu halda avtomobil üçün tamamilə yeni qeydiyyat nişanı alınmalı, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) dəyişdirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 Mart 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















