Icma.az
close
up
RU
Lider də büdrədi, əsas izləyicisi də

Lider də büdrədi, əsas izləyicisi də

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun son üç günündə A seriyasında 22-ci turun oyunları keçirildi. Qeydə alınan nəticələrdən sonra liderlər qrupunda vəziyyət bir qədər dəyişdi. Bunun səbəbi həm liderin, həm də əsas izləyicisinin büdrəməsi ilə bağlı oldu.

"Football-plus.az" xəbər verir ki, tura 1-ci yerdə başlayan “Flamenqo” evdə iki xal itirdi. Əvvəlki turun “Vitoriya” ilə oyununda rəqib qapısından 8 cavabsız top keçirən Filipe Luisin komandası “Qremio”ya yalnız bir qol vura bildi. Qonaqlar cari mövsümdə heç də xoş təsir bağışlamasalar da, liderdən xal almağı bacardılar. Manu Menezeşin komandası ilk hissədə “Flamenqo”nun hücumlarının qarşısını ala bildi. Lakin fasilədən sonra təzyiqi daha da artıran ev sahibləri De Arraskaeta ilə istəklərinə çatdılar. 53-cü dəqiqədə Pedronun ötürməsi ilə hesabı açan 31 yaşlı uruqvaylı yarımmüdafiəçi cari mövsümdəki qollarının sayını 12-yə çatdırmaqla 2-ci yerdəki mövqeyini qorudu. Ancaq lider qələbə hesabını qoruya bilmədi. Qonaqlar sona yaxın bir neçə yaddaqalan hücum quraraq məğlubiyyətdən qaçdılar. Volpinin 85-ci dəqiqədə penalti ilə vurduğu qol matçın 1:1 hesablı nəticəsini təmin etdi. Bu nəticə “Flamenqo”nun mövqeyinə təsir etmədi. Liderliyini qoruyan rio de janeyroluların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
Tura 2-ci yerdə başlayan “Palmeyras” liderin büdrəməsindən yararlana bilmədi. Ötən mövsümün vitse-çempionu da hesabına minimum xal yazdı. Səfərdə “Korintians”la qarşılaşan Abel Ferreyranın komandası 1:1 hesabına razılaşdı. Çempionatda ardıcıl 3 qələbədən sonra San Paulu derbisində itirdiyi iki xal “yaşıllar”a mövqeyini itirmək bahasına başa gəldi: “Palmeyras” 3-cü yerə düşdü.
Ona görə ki, vitse-çempionun izləyicisi “Kruzeyro” azarkeşlərini yenə qələbə ilə sevindirdi. Belu orizontelilər evdə “San Paulu”ya minimal hesabla qalib gəldilər. 64-cü dəqiqədə hesabı açan Mateus Pereyra Leonardo Jardimin komandasının 2-ci pilləyə yüksəlməsində böyük rol oynadı. “Kruzeyro” indi lider “Flamenqo”dan 3 xal geri qalır.
“Mirassol”a 1:5 hesabıyla uduzan “Bayya” 4-cü yerdəki mövqeyini qorudu. Bu da var ki, həm “Mirassol”, həm də “Braqantino”ya 4:1 hesabıyla qalib gələn “Botafoqo” turu maksimum nəticə ilə başa vurmaqla “Bayya” ilə xal fərqini birə endirdilər.
22-ci tur
Flamenqo - Qremio 1:1

De Arraskaeta, 53 – Volpi, 85-p.
Korintians - Palmeyras 1:1
Pikeres, 26-öz qapısına – Roke, 14-p.
Kruzeyro - San Paulu 1:0
Mateus Pereyra, 64.
Mirassol - Bayya 5:1
Joao Viktor, 2. Çiko, 22. Ronaldo, 30. Alesson, 59. Renato, 75 – Nestor, 88.
Botafoqo RJ - Braqantino 4:1
Danilo, 6. Nyuton, 33. Savarino, 45+2. Montoro, 90+2 – Con Con, 15.
Seara - Juventude 0:1
Mandaka, 90+5.
Santos - Fluminense 0:0

Vitoriya - Atletiko Mineyro 1:0
Erik, 6.
İnternasyonal - Fortaleza 2:1
Alan Patrik, 21-p. Vitinyo, 51 – Lukka Prior, 31.
Sport Resife - Vasku da Qama 2:3
Lukas Lima, 25-p. Ramon, 74 – Moreyra, 8. Koutinyo, 43. Veqetti, 49-p.
1. Flamenqo 21 14 5 2 45-10 47
2. Kruzeyro 22 13 5 4 35-15 44
3. Palmeyras 20 13 4 3 28-16 43
4. Bayya 20 10 6 4 28-22 36
5. Botafoqo RJ 20 10 5 5 30-13 35
6. Mirassol 20 9 8 3 35-20 35
7. San Paulu 22 8 8 6 26-23 32
8. Braqantino 22 9 3 10 27-32 30
9. Fluminense 20 8 4 8 25-28 28
10. İnternasyonal 21 7 6 8 25-29 27
11. Seara 21 7 5 9 19-20 26
12. Korintians 22 6 8 8 23-28 26
13. Qremio 21 6 7 8 20-26 25
14. Atletiko Mineyro 20 6 6 8 20-24 24
15. Vasku da Qama 21 6 4 11 30-31 22
16. Santos 21 6 4 11 20-31 22
17. Vitoriya 22 4 10 8 19-32 22
18. Juventude 21 6 3 12 19-41 21
19. Fortaleza 21 3 6 12 20-34 15
20. Sport Resife 20 1 7 12 14-33 10
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 15, De Arraskaeta (Flamenqo), Veqetti (Vasku da Qama) - 12, Pedro (Flamenqo) - 10, Pedro Raul (Seara), Reynaldo (Mirassol), Renato Kayzer (Vitoriya) - 7.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri