Liderdən 5 xal geri qaldılar, rəhbərlik əlavə büdcə ayırdı İdmanXəbər
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Azərbaycan II Liqa komandalarından “Şəfa” heyətini gücləndirməyə başlayıb.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubunun rəhbərliyi qış fasiləsinə 2-ci pilədə yollanan komandanın çıxışından narazıdı. II Liqa komandası lider “Şahdağ Qusar”dan 5 xal geri qalır. Bu durum isə Bakı təmsilçisinin rəhbərliyini qane edə bilməz. Bu baxımdan da daha keyfiyyətli futbolçuların transferi üçün əlavə büdcə ayrılıb. Artıq komanda I Liqadan daha yaxşı ödənişli futbolçularla güclənməyi planlaşdırır.
“Şəfa” I liqa klublarından bir neçə futbolçu ilə danışıqlar aparır və müqavilə an məsələsidi. Artıq paytaxt klubu “İmişli”nin üzvü Murad Qayalı ilə bütün məsələlərdə razılığa gəlib.
Daha öncə isə millimizin sabiq üzvü Amil Yunanov “Şəfa” ilə müqavilə bağlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















