Icma.az
close
up
RU
Liderlə autsayder “Tofiq Bəhramov”da çarpışır

Liderlə autsayder “Tofiq Bəhramov”da çarpışır

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli premyer-liqasında keçiriləcək oyunla 22-ci tura yekun vurulacaq.

Günün yeganə matçı “CBC Sport” vasitəsilə canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 22-ci tur
Qarabağ – Səbail 0:0

“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+13=0-1, 35:6.
2017/18 – 1:0, 1:0; 2018/19 - -:+*, 4:0; 2019/20 – 1:0; 2020/21 – 4:0, 1:0; 2021/22 – 3:0, 5:1; 2022/23 – 3:1, 3:0; 2023/24 – 3:1, 4:2; 2024/25 – 2:1.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: Patrik Andrade (Qarabağ)
“Futbol+”in proqnozu: 50-20-30.
Hakimlər: ELÇİN MƏSİYEV. Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.
“Qarabağ” ikisi Avropa Liqasında, ikisi premyer-liqada qeydə alınan dörd oyunluq qələbə həsrətinə ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında, dəqiq desək, “Səbail”in meydanında son qoydu – minimal hesabla qalib gəldi. Kadi Borgesi transfer etməklə komanda daxilində baş qaldıran gərginliyi böyük ölçüdə azaldan “köhlən atlar” daha bir qələbəylə liderliyini möhkəmləndirmək niyyətindədi. Bu baxımdan “doğma divarlar” arasında autsayderi qəbul edən Ağdam təmsilçisini şanslı saya bilərik. Özü də necə!
“Qarabağ” bu rəqiblərlə bütün görüşlərdə qol vurub. “Səbail” son 5 qarşılaşmada xal qazanmayıb. Komandaların indiki mövqeyi də qonaqlar üçün əlverişli deyil. Düzdü, bu məqamın “dənizçilər”in xeyrinə işləmək ehtimalı da var. Ona görə ki, itirməyə nəyisə olmayan Bayıl təmsilçisi azı bir xal üçün ciddi risklər ala bilər. Yenə də “köhlən atlar”ın bu matçda qələbədən başqa nəticə əldə edəcəyini düşünmək inandırıcı deyil. Yəqin ki, Qurban Qurbanovun təcrübəsi və keyfiyyətli heyəti məğlubiyyət kimi sensasiyalı hadisənin yaşanmasına imkan verməz. Hər halda, Cavid Hüseynovun komandasının mövsümün ikinci yarısında keçirdiyi üç matçda uduzmadığını xatırlatmalıyıq. Böyük ehtimalla, “Tofiq Bəhramov”da baxımlı oyun izləyəcəyik.
Bu komandalar indiyə qədər 29 dəfə qarşılaşıb. Bunların 24-də “Qarabağ”, 3-də “Səbail” qalib gəlib, 2-də hərəyə bir xal düşüb. Topların nisbətində ağdamlılar öndədi – 65:15.
1. Qarabağ 21 16 2 3 53-14 50
2. Araz-Naxçıvan 22 13 5 4 23-15 44
3. Zirə 22 12 3 7 35-21 39
4. Turan Tovuz 22 9 9 4 30-24 36
5. Sabah 22 7 10 5 32-29 31
6. Sumqayıt 22 6 4 12 15-29 22
7. Neftçi 22 5 9 8 21-31 24
8. Şamaxı 22 5 5 12 20-29 20
9. Kəpəz 22 5 3 14 20-46 18
10. Səbail 21 4 4 13 20-31 16
Bombardirlər: Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov (Zirə), Cesse Sekidika (Sabah) - 8, Leandro Andrade (Qarabağ), Pavol Şafranko (Sabah) – 7.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Fevral 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri