Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Liderlər bir birinə böyük dəyər verirlər

Liderlər bir birinə böyük dəyər verirlər

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İlham Əliyevlə Donald Tramp arasında formalaşmış siyasi dialoq regionda yeni güc balansının təşəkkül tapmasına xidmət edir

Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış və hədəfyönlü diplomatiyası Bakını regionun tranzit dayağı, enerji mərkəzi və sülh arxitekturasının memarı statusuna yüksəldib. Xarici siyasət doktrinasının prioritetləri təkcə dövlət maraqlarının müdafiəsi ilə məhdudlaşmır, həm də qlobal güclərin regiondakı fəaliyyət trayektoriyasını formalaşdırır. Məhz bu fonda rəsmi Vaşinqton Bakı üçün təkcə strateji tərəfdaş deyil, həm də çağdaş rezonans nöqtəsidir. ABŞ-ın enerji təhlükəsizliyi, Orta Dəhliz kimi beynəlxalq nəqliyyat magistralına verdiyi siyasi dəstək, habelə postmüharibə diplomatiyasına gətirdiyi yeni dinamika Azərbaycan üçün çoxvektorlu xarici siyasətin mühüm sütununa çevrilib.

Azərbaycan və ABŞ liderləri arasında səmimi münasibət iki ölkə arasında dialoqun həm protokol, həm də şəxsi diplomatiya müstəvisində inkişaf etdiyini göstərir. Bu, liderlərin qarşılıqlı etimad mühitini gücləndirərək strateji qərarların qəbulunda sürətlənmə və çeviklik yaradır. İlham Əliyevlə Donald Tramp arasında formalaşmış səmimi münasibət Vaşinqton formatında aparılan danışıqların məhsuldarlığını artırır, regionda yeni güc balansının təşəkkül tapmasına xidmət edir. Belə bir şəraitdə Bakı üçün ABŞ Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının dayağına çevrilir.

* * *

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da növbəti dəfə “Truth Social”dakı hesabında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşaraq bu sözləri əlavə edib: “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda, bu iki böyük lider və insanla – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla – dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!”

Prezident İlham Əliyev də öz növbəsində D.Trampa “TruthSocial” hesabında paylaşıma görə təşəkkür edib və bu barədə “X”-də yazıb: “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə evsahibliyi etməyinizlə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm. Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır. Dostluğumuza böyük önəm verirəm”.

Dövlət başçımızın təşəkkür paylaşımı siyasi baxımdan bir neçə mühüm məqamı üzə çıxarır. Azərbaycan lideri açıq şəkildə qeyd edir ki, Donald Trampın şəxsi təşəbbüsləri nəticəsində Azərbaycan–Ermənistan sülh prosesi irəliləyib, Vaşinqton sammiti isə tarixə düşən diplomatik hadisə statusu qazanıb. Bu, Bakı tərəfindən ABŞ-ın vasitəçiliyinə verilən etimad mandatının açıq təzahürüdür. Dövlət başçısının Trampı “Azərbaycan–ABŞ strateji tərəfdaşlığının memarı” adlandırması reallığı əks etdirən siyasi tezisdir. Çünki Bayden-Blinken komandasından fərqli olaraq Tramp administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində tarazlaşdırma elementləri daha qabarıq görünür. Vaşinqton, bir tərəfdən regionda Rusiya təsirini balanslaşdırır, digər tərəfdən Avropa İttifaqının ziddiyyətli mövqeyindən fərqli olaraq, daha konkret sülh gündəliyi irəli sürür.

Azərbaycanın Vaşinqton formatına etibar göstərməsi Bakının xarici siyasətində yeni hədəfləmə xəttinin formalaşdığını nümayiş etdirir. Bu mərhələdə Vaşinqtonla yaxınlaşmanın əsas hədəfləri aydındır. İlk növbədə, sülh müqaviləsinin hüquqi-siyasi arxitekturasının tamamlanması və ABŞ-ın diplomatik “təhlükəsizlik çətiri” altında prosesin uğurla yekunlaşdırılması hədəflənir. Bununla yanaşı, enerji diplomatiyasının qloballaşdırılması xüsusi əhəmiyyət kəsb edir – Xəzər qazının və “Yaşıl enerji dəhlizi”nin Avropa bazarına çıxışı üçün ABŞ-ın siyasi və texnoloji dəstəyi açar rolunu oynayır. Üçüncü vacib istiqamət isə yeni təhlükəsizlik paradiqmasının qurulmasıdır. Bu, Rusiya və İranın regiondakı təsir rıçaqlarını balanslaşdırmaq üçün ABŞ-ın hərbi-siyasi resurslarının strateji istifadəsini nəzərdə tutur və Cənubi Qafqazda dayanıqlı sabitliyə zəmin yaradır.

* * *

Prezident İlham Əliyevin Donald Trampa ünvanladığı təşəkkür bəyanatı bir növ “geosiyasi siqnal fişəngi”dir. Bu, Cənubi Qafqazda sülh arxitekturasının hansı güc mərkəzləri üzərində qurulacağını, hansı paytaxtların prosesdən kənarda qalacağını göstərir. Bakı aydın şəkildə bildirir ki, Cənubi Qafqazdakı status-kvonun memarı yalnız Azərbaycan ola bilər və bu memarlığın siyasi müttəfiqi kimi Vaşinqton ön plana çıxır.

Beləliklə, Azərbaycan–ABŞ münasibətləri strateji rezonans, qarşılıqlı maraqların kəsişmə nöqtəsi və yeni geosiyasi konsensusun nüvəsidir. İlham Əliyevin “dostluğumuza böyük önəm verirəm” həm də gələcək onilliyin siyasi kursunu müəyyən edən tezisdir. Bu, Vaşinqtonla əlaqələrin uzunmüddətli, institusional və çoxşaxəli xarakter alacağını, Azərbaycan diplomatiyasının Qərb vektorunda daha cəsarətli və proaktiv mövqelər ortaya qoyacağını ehtiva edir. Nəticədə, Bakı regionda oyun qaydalarının formalaşmasında əsas söz sahibi olmaqla yanaşı, Cənubi Qafqaz gündəliyini diktə edən aparıcı aktora çevrilir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

ABŞ bu gün hələ də qlobal sistemdə supergüc statusunu qoruyur. Təbii ki, Vaşinqtonun bütün problemləri həll etmək imkanı və resursu məhdud ola bilər, lakin açıq görünür ki, Amerikanın iştirak etmədiyi beynəlxalq məsələlərin uğurla həll olunması çətindir.

Bu baxımdan, ABŞ-ın Azərbaycana verdiyi dəstək və iki ölkə arasında münasibətlərin normallaşması xüsusi əhəmiyyət kəsb edir. ABŞ siyasi sistemində prezidentlə şəxsi münasibətlərin önəmini nəzərə aldıqda, bəzən institusional mexanizmlərdən çox məhz liderlərarası dialoq həlledici rol oynayır. Bu gün dünyanın bütün aparıcı dövlətlərinin – Avropa, Asiya və Şimal yarımkürəsinin – liderləri Amerika Prezidenti ilə şəxsi əlaqələr qurmağa çalışır və əməkdaşlıq edirlər.

Azərbaycan Prezidenti də məhz bu yanaşmanı əsas götürüb və Vaşinqton formatında aparılan görüşlər bunun sübutudur. Üstəlik, görüşdən sonra Prezident Donald Trampın sosial şəbəkələrdə Azərbaycan və dövlət başçısı barədə səsləndirdiyi müsbət fikirlər münasibətlərin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu, Azərbaycanın ABŞ tərəfindən yüksək səviyyədə dəstəklənməsinin və strateji əməkdaşlığın dərinləşməsinin göstəricisidir.

Hesab edirəm ki, bu əlaqələr qorunmalı və daha da inkişaf etdirilməlidir. 1997-ci ildə qurulan hərbi və təhlükəsizlik sahələrində qurulan əməkdaşlıq təcrübəsi əsasında Azərbaycan ABŞ-la tərəfdaşlığı gələcəkdə daha da gücləndirə bilər.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri