Icma.az
close
up
RU
Liderlər haqqında çəkilmiş 5 film

Liderlər haqqında çəkilmiş 5 film

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Paolo Sorrentino böyük ekranlara “Bəxşiş” (“Blagodet”) filmi ilə qayıdır – bu, uydurma italyan prezidenti Mariano De Santisin və onun sirrlərinin hekayəsidir.

Lent.az xarici mediaya istinadla real liderlər haqqında çəkilmiş beş kult filmi təqdim edir. Çörçill və Tetçerdən tutmuş Tramp və Berluskoniyə qədər – və böyük siyasətin parlaq fasadının arxasında əslində nələrin gizləndiyini göstərir.

“Qaranlıq zamanlar” (2017)

Co Rayt “Qürur və qərəz” və “Kəffarə” kimi sırf ingilis ruhlu filmlərlə ad qazanıb. Buna görə də ölkəsinin ən böyük siyasətçilərindən biri olan Uinston Çörçill haqqında bədii film çəkmək ideyası olduqca məntiqli görünür. Film bizi İkinci Dünya müharibəsi dövrünə aparır və Çörçillin Böyük Britaniyanın baş naziri postundakı ilk günlərini, eləcə də müttəfiqlərin gələcək qələbəsinə verdiyi böyük töhfəni göstərir.

Ekran əsəri 6 “Oskar” nominasiyası alıb və iki mükafata layiq görülüb: “Ən yaxşı qrim və saç düzümü” və “Ən yaxşı kişi rolu”. Sonuncu mükafatı isə inanılmaz transformasiyasına görə Qari Oldman qazanıb.

“Dəmir ledi” (2011)

Fillida Lloydun filmografiyasında iki əsas layihə var: günəşli və yüngül “Mamma Mia!” müzikli və Böyük Britaniyanın ilk qadın baş naziri, sərtliyi və uzun müddət hakimiyyətdə qalması ilə tanınan Marqaret Tetçer haqqında ciddi bioqrafik film. Tetçerin özünə film çox da xoş gəlməsə də, kino tənqidçiləri və tamaşaçılar ekran işini böyük həvəslə qarşılamışdı. Ən çox tərif isə əfsanəvi Meril Stripə ünvanlanmışdı – bu rol ona “Oskar”, “Qızıl Qlobus” və BAFTA mükafatlarını qazandırdı.

“Şagird. Trampın hekayəsi” (2024)

Donald Trampın qalmaqallı fiquru tez-tez qızğın müzakirələrə səbəb olur. Bir neçə il əvvəl, prezident seçkiləri ərəfəsində istedadlı iran-danimarkalı rejissor Əli Abbasi (işlərində sosial ədalətsizlik mövzusunu tez-tez araşdırır) gələcək siyasətçinin şəxsiyyətini və formalaşma tarixini analiz edən xəbərdarlıq xarakterli film çəkib.

Televiziya xronikasına bənzər üslubda hazırlanmış bu film gənc Trampın vəkil Roy Konla münasibətlərinə fokuslanır. Roy Kon onun üçün bir növ mentor rolunu oynayır.
Şəxsiyyətin ziddiyyətli tərəflərini anlamağa çalışmaqla yanaşı, film Sebastyan Sten və Ceremi Stronqun möhtəşəm aktyor oyunu ilə də seçilir – onların performansları “Oskar” nominasiyalarına layiq görülüb.

“Silvio və digərləri” (2018)

Paolo Sorrentino üçün “Bəxşiş” siyasət mövzusuna həsr olunan ilk film deyil. O, 2008-ci ildə italyan baş naziri Culio Andreotti haqqında “Möhtəşəm” (“Il Divo”) filmini çəkmişdi. 2018-ci ildə isə növbə müasir İtaliya siyasətinin ən qalmaqallı və ziddiyyətli fiqurlarından biri olan Silvio Berluskoniyə çatdı. Müxtəlif tərəflərdən baxış təqdim edən film Berluskoninin çoxşaxəli obrazını yaratmağa çalışır. Burada dəbdəbə və azğınlıqla dolu çılğın məclislər, 30 il sahib olduğu “Milan” futbol klubunun maraqlı idarəçiliyi, pərdəarxası intriqalar və nüfuzlu siyasətçi ilə tanışlıqdan fayda götürmək istəyən insanların bitməyən cəhdləri göstərilir.

“Bəxşiş” (2025)

Yuxarıda qeyd olunan filmlərdən fərqli olaraq, bu ekran işi real deyil, uydurma prezidentin hekayəsini tamaşaçıya təqdim edir. Mariano De Santis kollektiv və bəlkə də bir qədər idealizə olunmuş obrazdır, çünki müasir reallıqda bu qədər məsuliyyətli və ədalətli siyasətçiləri tapmaq olduqca çətindir. Filmdə onun prezidentlik müddətinin son ayları göstərilir. Bu dövr hələ də çətin seçimlərlə doludur və böyük məsuliyyət yükü ilə ağırlaşır. Qəhrəman qarşısında qalan üç qərarın hər birini diqqətlə ölçüb-biçir, eyni zamanda onu artıq 40 ildən çoxdur narahat edən köhnə bir sirri açmağa çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri