Icma.az
close
up
RU
“Liderlərin dostluğu xalqlarımızın dostluğundan qaynaqlanır”

“Liderlərin dostluğu xalqlarımızın dostluğundan qaynaqlanır”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Professor Lyu Banqfan Azərbaycan Prezidentinin Çin səfərini belə dəyərləndirdi

Həm Pekin Pedaqoji Universitetində magistraturada oxuduğum illərdə, həm də indi – Yanşan Universitetinin doktorantı olduğum müddətdə Çin ziyalılarının Azərbaycan haqqında söylədikləri təqdiredici fikirləri çox eşitmişəm. Yəni bu dost ölkədə bizə münasibət, sözün həqiqi mənasında, arzu etdiyimiz səviyyədədir. 

Ancaq cənab Prezident İlham Əliyevin aprelin 22-də Pekinə dövlət  səfəri, onun çox  yüksək səviyyədə qarşılanması və xüsusən, mühüm sənədlərin imzalanması ilə bağlı Çindəki dostlarımdan saysız-hesabsız təbriklər aldım. Telefon zəngləri bir-birini əvəz elədi və həmsöhbətlərimdən dünyanın qeyri-müəyyənlik içərisində yaşadığı günlərdə dövlət başçılarının səmimi dostluğunu alqışlayan çoxsaylı fikirlər eşitdim. “Azərbaycan kiçik ölkə deyilmiş” – deyənlər də oldu, “Dövləti ölkənin coğrafi göstəriciləri yox, liderin siyasi səviyyəsi qüdrətli edir” – deyənlər də. “Prezidentin bu səfəri Azərbaycanı milyarddan çox çinlinin gözündə ucaltdı” – fikrini dilə gətirən də oldu, “Çin liderinin kiçik qardaşı Pekinə xoş gəlib!” söyləyənlər də. 

Yanşan Universiteti Humanitar elmlər və Hüquq Məktəbinin (Dövlət İdarəetməsi Məktəbinin) nüfuzlu professoru Lyu Banqfan  isə liderlərin dostluğundan danışarkən fikrini belə yekunlaşdırdı: “Liderlərin dostluğu xalqlarımızın dostluğundan qaynaqlanır”. Mən dövlətlərimiz arasında əməkdaşlığı yüksək qiymətləndirən hörmətli professora minnətdarlığımı bildirdim. 

Dövlət başçımızın möhtəşəm səfəri barədə öz təəssüratlarıma gəlincə isə xatırladım ki, cənab İlham Əliyevin  qarşılanması zamanı nümayiş etdirilən inam və ehtiram məni nə qədər  qürurlandırmışdısa, aprelin 23-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın  imzalanması bir o qədər sevindirdi. Sənəddə qeyd edilir ki, dövlət başçıları  diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan – Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar: “Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər”.

Eləcə də,  mənim elmi işimin istiqamətinə   bilavasitə dəxli olan “Tərəflər ...  yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” Dövlət İnkişaf Strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi İnkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar” – tezisindən xüsusilə məmnun oldum. 

Bundan başqa, tərəflərin  müxtəlif kanallar vasitəsilə qarşılıqlı tələbə mübadiləsini davam etdirmək, Azərbaycanda Konfutsi institutlarının inkişafına dəstək vermək və təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq etmək, habelə iki ölkənin müxtəlif tipli təhsil müəssisələri arasında müxtəlif səviyyəli tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlməsi də bir doktorant kimi məni sevindirdi.

Xatırladım ki,  bəyanatın 11-ci bəndində öz əksini tapmış müddəalar təkcə bu iki ölkə üçün deyil, ümumilikdə planetimiz üçün əlamətdar olan məsələlər barədədir. Həmin sənədə görə  Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir: “Hər iki tərəf COP29-un nəticələrini iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi alqışlamışdır”.

Bəyanatın həmin  bəndi ümumilikdə, dünyamızın sabahı üçün narahat olan insanların birgə fəaliyyət göstərməsini alqışlayırsa, 17-ci bənd qismən lokal məzmunludur. Yəni qeyd olunur ki,  Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir.

Sonda xatırladım ki, mən bu sətirləri ünvanladığım “Xalq qəzeti” ötən il 105 yaşını qeyd etmişdi. Bu ilin sentyabrında  isə doktorantı olduğum Yanşan Universitetinin 105 yaşı tamam olur. Mən məmnunam ki,  qalib Azərbaycanın müzəffər Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin reallaşdırılması, tərəflərin tələbə mübadiləsi istiqamətində müvafiq razılaşmalar imzalaması, eləcə də Azərbaycanda Çin Universitetinin yaradılması üçün danışıqlar aparılması bu gün auditoriyalarında elmi məqaləmin əsaslandırılması yollarını tapdığım, kampusunda sivil doktorant  həyatı yaşadığım universitetin 105 illiyinə təsadüf edir. Ancaq çinli dostlarım deyirlər ki, dünyada təsadüfi heç nə olmur...

Sadiq QAÇAYEV, 
Yanşan Universitetinin dövlət idarəetməsi ixtisası üzrə doktorantı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see200

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see178

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see144

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see136

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri