“Lids Yunayted” Premyer Liqanın 14 cü turunda “Çelsi”yə qalib gəlib VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə Premyer Liqasının 14-cü turunda “Lids Yunayted” və “Çelsi” arasında keçirilən oyun başa çatıb. “Lids" 3:1 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, matç “Elland Road”da (Lids) baş tutub. Oyunun hakimi Darren İnqlənd olub.
Yaka Biyol altıncı dəqiqədə ev sahibi olan komandaya üstünlük qazandırıb, Ao Tanaka isə 43-cü dəqiqədə fərqi ikiqat artırıb. Pedru Netu 50-ci dəqiqədə komandasının yeganə qolunu vurub. Dominik Kalvert-Lyuin isə 72-ci dəqiqədə vurduğu qolla “Lids”in qələbəsini möhkəmləndirib.
Bu oyundan sonra “Lids Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 14 xalla 17-ci, “Çelsi” isə 24 xalla dördüncü yerdədir.
Növbəti turda “Lids” 6 dekabrda “Liverpul”u qəbul edəcək, "Çelsi" isə həmin gün “Bornmut”la oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 04 Dekabr 2025 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















