Icma.az
close
up
RU
“Lids”in kapitanının “Qalatasaray” forması ilə nə əlaqəsi?

“Lids”in kapitanının “Qalatasaray” forması ilə nə əlaqəsi?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray” forması premyer-liqanın debütantı “Lids”də ciddi böhrana səbəb olub. Məsələ burasındadı ki, “Lids”in uelsli müdafiəçisi və kapitanı Etan Ampadunun oğlunun “Qalatasaray forması ilə şəkilləri olduğu üzə çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Lids” fanatları bu şəkillərin üzə çıxmasının ardından sosial şəbəkələrdə od püskürüb. Onlar Ampadudan kapitanlığın alınmasını, eləcə də onun klubdan qovulmasını tələb ediblər.
Bir qədər stajlı fanatlar, yəqin ki, “Lidslə “Qalatasaray” arasındakı ədavətdən xəbərdardı. 2000-ci ildə bu komandaların yolu UEFA kubokunun yarımfinalında kəsişmişdi. Həmin vaxt iki ingiltərəli azarkeş – Kevin Speyt və Kristoer Loftus İstanbulda bıçaqlanaraq öldürülmüşdü. İndi fanatların fikrincə, 24 yaşlı futbolçu 25 il öncə dünyasını dəyişmiş iki azarkeşə münasibətdə böyük hörmətsizliyə yol verib. Etirazların artması üzündən “Lids” rəsmi bəyanat yaymalı olub. Klubun bəyanatında bunlar qeyd olunub:

“Etan partnyorundan bir neçə ay öncə ayrılıb və bu paylaşılan şəkillə heç bir əlaqəsi yoxdu. Etan Loftus və Speyt ailəsində baş vermiş faciədən xəbərdardı və mövzuya çox həssas yanaşır. “Lids” bu çətin dönəmdə Etanın şəxsi həyatına müdaxilə edilməməsini xahiş edir. Kapitanımız bu mövsüm həm meydanda, həm də ondan kənarda göstərdiyi liderlik keyfiyyətləri ilə kluba, tarixinə və bütün camiəyə olan bağlılığını ortaya qoyub. Etan “Lids”də hər kəsin dəstəyinə sahibdi”.


Sən demə, Etan Ampadunun uşağının anası və keçmiş sevgilisi olan Saara Sa adlı xanım əslən türk imiş. Onun övladına “Qalatasaray” forması geydirməsinin də səbəbi budu. “Lids”in yaydığı bəyanatın ardından bu xanım da öz növbəsində paylaşım edib:

“İstanbulda həyatını itirən iki nəfərin ailəsinə başsağlığı verirəm. Mən türkəm və oğlumuz da qismən türkdü. “Qalatasaray” ailə üzvlərimin uzun illərdi dəstəklədiyi klubdu. Biz uşağımızın valideynləriyik və Etan da bu şəkillərin çəkilməsnin fərqində idi. “Lids”dən xahiş edirəm ki, həqiqətə uyğun olmayan açıqlama verməsin və yanlış hekayə anlatmasın”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri