Lift təsərrüfatına 7,6 milyon, işıqlandırmaya 36,5 milyon xərclənəcək Büdcə
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
2025-ci ildə istilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməs üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə büdcədən 46,6 milyon manat vəsait köçürüləcək.
Teleqraf.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində mənzil və kommunal xərclər üçün 369,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, 2024-cü illə müqayisədə 2,8 milyon manat və ya 0,8 faiz azdır.
Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitdən 160,4 milyon manatı kommunal təsərrüfatına,
61,9 milyon manatı mənzil təsərrüfatına, 13,7 milyon manatı su təsərrüfatına, 7,6 milyon manatı
lift təsərrüfatına, 126,3 milyon manatı isə mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
Mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon və qəsəbələrdə dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 61,9 milyon manat vəsait nəzərdə tutulub. İşıqlandırma üçün 36,5 milyon xərc planlaşdırılır.
Yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu üçün 66,4 milyon manat vəsait nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Dekabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















