Liftdə 4 gün ac susuz qaldı KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Almaniyanın Osnabrük şəhərində 74 yaşlı bir təqaüdçü yaşadığı binanın liftində qalıb və burada dörd gün ərzində nə yemək yeyib, nə də su içib.
KONKRET.az axsamaz-a istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Hadisə iyul ayında baş verib. Kişi mənzilinə qalxarkən lift xarab olub. Fövqəladə vəziyyət düyməsi isə işləməyib. Təqaüdçü nəfəs almaqda çətinlik çəkməmək üçün kabinənin qapısını qismən sındırmağa məcbur olub.
Almaniyalı kişinin həyatını onun oğlu xilas edib. Bir neçə gün ərzində atasına zəng çatmayan oğul vəziyyətdən narahat olaraq polisə müraciət edib. Polis əməkdaşları mənzilə gəldikdə, liftdən zəif bir səs eşidiblər. Onlar qapını sındıraraq kişini liftdən çıxarıblar.
Təqaüdçü dərhal xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Sentyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















