Icma.az
close
up
RU
Likvidlik nədir? Biznes quranlar mütləq oxusun

Likvidlik nədir? Biznes quranlar mütləq oxusun

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Likvidlik, qiymətli kağızlar ya da daşınmaz əmlakın nağda çevrilə bilmə asanlığına verilən addır.

Likvidlik – bankın balans və balansarxası öhdəliklərini yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

Yenisabah.az xəbər verir ki, real pula çevrilə bütün aktivlər likvid aktiv olaraq hesab edilir. Ehtiyac yarandığı zaman sərbəst və rahat şəkildə nağd pul vəsaitinə çevrilən, reallaşdırıla bilən vəsaitlər və eyni zamanda pul da özlüyündə likvid aktiv hesab olunur.

Mənbənin hüquqi ya da fiziki şəxsə aid olması, onun likvidlik xüsusiyyətinə mane olmur. Misal üçün, vətəndaşa aid ev, avtomobil kimi mülkiyyət ya da bir şirkətə aid istiqraz və ya bənzəri qiymətli kağızlar likvid aktivlərdir. Eyni zamanda bir müəssisənin bütün borcunu qarşıladıktan sonra əldə qalan nağd vəsaiti eyni zamanda şirkətin likvidlik vəziyyətini də müəyyən edir.

Biznesdə edilən pul investisiyalarının geri qayıtması (yəni öz pulunu çıxardaraq, gəlir gətirməsi) həmin müəssisəni likvid adlandırmaq üçün tutarlı əsas verir. Əgər gəlirlər az olarsa onda bu variant az likvidli müəssisə adlanacaq. Yüksək gəlirli (öz xərclərini artıqlaması ilə çıxara bilən) bizneslərə tələbat həmişə yüksəkdir.

Likvidliyə təsir edə bilən digər parametr pul vəsaitlərinin, yəni gəlirin əldə edilmə sürətidir. Özü də məsrəflərin tam həcminə nisbətdə. Pul yatırımı edən hər bir şəxs, onları qısa müddət ərzində böyük plyusla geri qaytarmağı düşünür. Belə yüksək likvidli situasiyalara olduqca nadir hallarda rast gəlinir.

Daha sadə dillə müəssisənin likvidliyini belə izah etmək olar “bu biznes nə dərəcə də sərfəlidir?”. Böyük maliyyə vəsaitlərini kifayət qədər gəlirli şəkildə investisiya etmək istəyərkən, diqqət mərkəzinə təkcə müəssisələrə və müxtəlif səhmlərə edilən yatırımlar dayanmır, həmçinin digər bazarlar da axtarmaq olar. Həmişə nəzərə alınan ən vacib nüans risklərdir. Bəzi variantlar həddindən artıq likvid ola bilər, amma belə bir riskə getmək olduqca çətindir.

Sözü gedən termin iqtisadiyyatın digər sahələrində, məsələn ödəniş qabiliyyətinin müəyyən edilməsi zamanı istifadə olunur. Biznesdə böyük pullar dövr edə bilər, amma eyni zamanda xərclər və maliyyə itkiləri daha çox olacaq. Nisbi rəqəmlərə gəldikdə müəssisə likvid olmaya bilər, baxmayaraq ki, o öz sahiblərinə kifayət qədər sanballı məbləğlərdə, çox yaxşı həcmdə gəlir gətirir. Biznes gizlicə borclana bilər ki, bu da hesabat dövründə maliyyə itkilərinin həcminin böyüklüyünü üzə çıxaracaq

Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Likvid olmayan müştərilərə kredit verməkdən sadəcə imtina edilir.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri