Lima Qran prisində 7 medal
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-pridə 7 medal qazanıblar.
Sonuncu yarış günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev beş aylıq fasilədən sonra qayıdışını gümüş medalla qeyd edib. Ən ağır çəkidə mübarizədə isə Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıb. Bu, 21 yaşlı cüdoçumuzun Dünya Turu Seriyasında qazandığı ilk medal kimi əlamətdar olub.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.
Q.YUSİFOĞLU
XQ

Azərbaycan cüdoçuları Lima Qran prisində medallar uğrunda mübarizəyə çıxır
13 Oktyabr 2025 13:36
Anyma Bakıda Azərbaycan Qran Prisində
19 May 2025 16:45
Mayami Qran prisində sürpriz lider
03 May 2025 19:40
Azərbaycan Qran Prisində neçə stüard olacaq?
04 Mart 2025 18:54
Azərbaycan Qran prisində Formula 1 REKORDU
20 Sentyabr 2025 19:43

