Icma.az
close
up
RU
Limfadenit limfa düyünlərinin iltihabı

Limfadenit limfa düyünlərinin iltihabı

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Limfa düyünləri orqanizmin immun sisteminə aiddir.

Saglamolun.az bildirir ki, limfa düyünləri orqanizmdə çox mühüm müdafiə funksiyanı yerinə yetirir, filtr kimi işləyir - mikrobları, infeksiyaları və xərçəng hüceyrələri tutur və zərərsizləşdirir.

Orqanizmdə bir neçə limfa düyünləri qrupları mövcuddur. Belə ki, limfa düyünləri boyun nahiyəsində, dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Qarın və döş boşluqlarında çoxlu sayda limfa düyünləri var.

Limfa düyünlərinin iltihabı "limfadenit" adlandırılır. Limfadenit əksər hallarda qoltuqaltı, qasıq, boyun və çənəaltı limfa düyünlərində inkişaf edir.

Orqanizmin istənilən yerində olan infeksiya ocağı (dəridə irinli yara, tromboflebit, çiban,  trofik xora və s.) limfadenitin inkişafına səbəb ola bilər. Bu ocaqdan mikroblar (əsasən stafilokokk, streptokokk, pnevmokokk və s.) limfa və ya qan axını ilə limfa düyünlərinə düşür ki, burada iltihab yaranır. İltihab həmçinin bilavasitə limfa düyünün zədələnməsi (travma və s.) nəticəsində inkişaf edə bilər.

Limfadenit kəskin və xroniki ola bilər.

Kəskin limfadenit limfa düyünün böyüməsinə və kəskin ağrılara səbəb olur. Düyünün yanında yerləşən bədən hissəsinin (boyun, ayaq) hərəkətliliyi azalır. İnsanı ümumi zəiflik, baş ağrısı narahat edir, bədən hərarəti qalxır.

Xəstəlik inkişaf etdikçə limfa düyünün toxumasında irinlı prosess başlaya bilər. İrinli limfadenit zamanı ağrı çox kəskin olur, dəri bu yerdə al-qırmızı rəng alır, hərarət yüksək qalxır, düyünlər bərkiyir, toxunduqda ağrı verir. Limfa düyünləri biri biri ilə və ətrafdakı toxumalarla birləşir, hərəkətsiz olur.

İrinli limfadenit çox təhlükəlidir. Patoloji mikroorqanizmlər buradan qan və limfa axını ilə orqanizmin istənilən nahiyələrinə yayıla bilər ki, nəticədə xəstədə osteomielit (sümük toxumasının iltihabı), ensefalit (beyinin iltihabı), meningit (beyin qişalarının iltihabı), hətta sepsis inkişaf edə bilər. Nəticədə insan əlil qala bilər və ya hətta həlak ola bilər.

Bu səbəbdən limfadenitin ilk simptomlarında (limfa düyünün böyüməsi, ödem, hərarətin qalxması) dərhal həkimə müraciət etmək lazımdır.

Xroniki limfadenitin səbəbi əksər hallarda orqanizmdə olan xroniki infeksiya ocaqlarıdır - xroniki tozillit, kariesli dişlər və s. Xroniki limfadenit zamanı simptomlar daha zəif olur - hərarət 37 C kimi qalxır, zədələnmiş limfa düyünləri nahiyəsində yüngül şişkinlik olur. Xroniki limfadenit adətən irinli formaya keçmir.

Nəzərinizə çatdıraq ki, bəzən vərəm xəstəliyi, şiş proseslərinin simptomları limfadenitin simptomlarına bənzəyir. Bu səbəbdən limfadenitin ilk simptomlarında həkimə müraciət etmək çox vacibdir.

Kəskin limfadenitin müalicəsi onun mərhələsindən asılıdır. Xəstəliyin əvvəlində fizoterapiya, antibiotiklər istifadə olunur. Xəstəliyin daha gecikmiş mərhələlərində, irinli proses inkişaf etdikdə, irinlik yarılmalı, irin xaric olunmalıdır.

Xroniki limfadenit zamanı müalicə xroniki iltihab ocaqlarının müalicəsinə yönəldilir.

Həkimdə şiş prosesinə şübhə yarandıqda, zədələnmiş düyünün punksiyası aparılır (nazik iynə ilə düyünun mikroskopik hissəsi götürülür və analiz aparılır). Həkim vərəmdən şübhələnərsə, xəstəni rentgen müayinəsinə göndərəcək.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri