Icma.az
close
up
RU
Limit ləğv edilsə, olmayan futbolumuz da yoxa çıxacaq

Limit ləğv edilsə, olmayan futbolumuz da yoxa çıxacaq

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Legioner limiti aradan qaldırılarsa, qərarın düzgün olub-olmayacağını zaman göstərəcək. Amma fikrimcə, bu, Azərbaycan futbolu üçün heç də faydalı olmayacaq. Bəlkə kimim üçünsə, nə üçünsə düzgün ola bilər. Lakin həqiqətən də belə qərar futbolumuzu geri aparacaq".

Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hazırda "Araz-Naxçıvan"ın məşqçisi işləyən Əfran İsmayılov deyib. 

Son vaxtlar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycan futbolunda legioner limitinin tamamilə ləğvi ilə bağlı məsələnin müzakirə ediləcəyinə dair xəbərlər yayılıb. Hazırda bu məsələ mediada mütəxəssislər tərəfindən müzakirə edilir.

Ə.İsmayılov bildirib ki, legioner limiti aradan qaldırılarsa, yerli futbolçular problemlərlə üzləşəcəklər: "Onda gərək akademiyaları, futbolçu yetişdirməyi, strategiyanı kənara qoyaq. Avrokuboklar üçün oynayan komandalar legionerlərlə daha irəli gedəcək. Amma fakt budur ki, yerli futbolçular yetişməyəcək. Heç kim akademiyaya önəm verməyəcək.

Bəziləri deyir ki, legioner limiti ləğv olunsa, azərbaycanlı futbolçular xarici klublarda oynayacaqlar. Kim gedəcək? Hansı azərbaycanlı futbolçu xaricdə oynayacaq? Bu da maraqlıdır. Cəmi 1-2 futbolçu gedə bilər. Onlar da Toral Bayramov, Elvin Cəfərquliyevdir. Bir sözlə, legioner limitinin ləğvi mövzusu çox acınacaqlı məqamdır. 4-5 klub legionerlər gətirəcək, qalanları da hansı azərbaycanlıları transfer edəcək, hansılar etməyəcək, sual altındadır. Bu, Azərbaycan futbolunun çöküşü olar.

Necə olacağını zaman göstərəcək. Hansı qərar qəbul edilsə, çalışacağam ki, hörmətlə yanaşım. Amma öz şəxsi fikrimdir ki, bu, məyusedici bir qərar olar. O zaman Azərbaycanın olmayan Azərbaycan futbolu da yoxa çıxacaq. Hansı futbolçular milli komandada oynayacaq? Onsuz da çox yerli futbolçu oynamırdı. Çünki uşaq yetişirdi, 19, 21 yaşa kimi gəlirdi. Əsas komandalara çatanda isə məşqçilər risk edib onları oynatmırdılar. Həmin məşqçini də başa düşürdüm". 

Əfran İsmayılov düşünür ki, limit ləğv olunsa, klublar yerli futbolçunu heç yaxına da buraxmayacaqlar: "U-19-da da oynatmaq istəməyəcəklər. Çünki biləcəklər ki, onsuz da əsas komandada çıxış etməyəcək".

Gənc mütəxəssis hazırkı legioner limitinin - 7+4 qaydasının qorunmasının daha məqsədəuyğun olduğunu bildirib: "Legioner limiti normal idi də. İndi 7+4 qaydasıdır. Sonra qerar verildi ki, yeni mövsümdən 8+3 olsun. Bu da başadüşülən idi. Ən azından 3 yerli futbolçu oynayır. Məcburiyyətdən azərbaycanlı futbolçuları tapıb-çıxarardıq. İstəyirdik ki, yerli futbolçular daim formada qalsınlar. Çünki onlar sonra gedib millidə çıxış edirlər. Amma limitin dəyişməyi, 11 legionerin oynamağı hansı faydanı verəcək, bilmirəm. Zaman göstərəcək. Görünən odur ki, azərbaycalı futbolçular yox vəziyyətinə gəlib çıxacaqlar".

Nur Zeynalova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri