Icma.az
close
up
RU
Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək

Limit qərarından sonra: Taksilər də “kölgə”yə çəkiləcək

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabineti Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin sayına məhdudiyyət qoyub. 

Yeni qərara əsasən, Bakı şəhərində bu icazələrin sayı 25 000-lə məhdudlaşdırılır. Bu addım avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, eyni zamanda şəhər nəqliyyatında sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır. 

Qərara əsasən, icazə əlavələri yalnız mövcud qanunvericilik, o cümlədən “Lisenziyalar və icazələr haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlar və Rəqabət Məcəlləsinə uyğun şəkildə, növbəlilik prinsipi nəzərə alınmaqla təqdim olunacaq. Bildirilir ki, bu, icazələrin şəffaf və ədalətli şəkildə verilməsini təmin etməyə xidmət edir: 

“Yeni məhdudiyyətlərin tətbiqi həm də bazarda rəqabəti tənzimləməyə, qeyri-rəsmi fəaliyyəti azaltmağa və şəhər nəqliyyatında idarəolunmanı artırmağa yönəlib”. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Son illər Azərbaycanda taksi xidmətində əhəmiyyətli yeniliklər tətbiq olunub. Tələblərə əsasən, 2000-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti göstərməsi tamamilə qadağan edilib. 

Qanunvericiliyə görə, taksi kimi istifadə ediləcək nəqliyyat vasitələrinin yaşı maksimum 15 il ola bilər. Bundan başqa, taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyən şəxslər mütləq müvafiq dövlət imtahanından keçməlidirlər. Bu imtahan sürücülərə peşəkar fəaliyyət üçün icazə verən şəhadətnamənin alınması məqsədilə keçirilir. 

Şəhadətnamə yalnız müəyyən edilən qaydalar əsasında verilir. Bakı şəhərində taksilərin sayına limit qoyularkən faktiki qeydiyyatda olan sakinlərin, yoxsa ümumi əhali sayının nəzərə alınacağı maraq doğurur. Çünki Bakıda faktiki əhalinin sayı qeydiyyatda olan əhalinin sayından çoxdur. Bu məqam da limit tətbiqi zamanı taksi çatışmazlığına səbəb ola bilər.

Məsələ geniş müzakirələrə səbəb olub və bir sıra suallar hələ də açıq qalır. Bu qərar qiymətlərə necə təsir edəcək ? Bu, həm də Rəqabət Məcəlləsinin pozulması demək deyilmi? 

Mövzu ilə bağlı “ Cebheinfo.az” – a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, bu məhdudiyyət bir neçə istiqamətdə təsir göstərə bilər: 

“İcazələrin sayına limit qoyulması bazar təklifini azalda, bu isə tələb sabit qaldığı halda qiymətlərin artmasına gətirə bilər. Xüsusilə “Bolt”, “Uber”, “Maxim” kimi platformalar üzrə sürücü sayı azaldıqda, sifarişlər üçün rəqabət azalacaq, nəticədə sərnişinlər üçün gediş haqları arta bilər. 

Digər tərəfdən, dövlətin məqsədi qeyri-leqal fəaliyyətin qarşısını almaq və keyfiyyətli xidmət standartlarını qorumaqdır, lakin bu, qısamüddətli dövrdə qiymət artımı riskini azalmır”.

Onun sözlərinə görə, bu qərar Rəqabət Məcəlləsinin ruhuna zidd ola bilər: 

“Çünki bazara girişə inzibati məhdudiyyət qoyulması sərbəst rəqabətin qarşısını ala bilər. Əgər icazə sayı məhduddursa, yeni iştirakçılar bazara daxil ola bilməyəcək, bu isə monopol və ya oliqopol vəziyyət yarada bilər. Lakin hökumət qərarı “ictimai maraq” və “sərnişin təhlükəsizliyi” arqumenti ilə əsaslandırır, bu da qanunvericilikdə müəyyən istisna hallara daxildir”. 

Ekspert qeyd edib ki, sürücülər üçün bir sıra çətinliklər yarana bilər: 

“Yeni qaydalar qüvvəyə mindikdən sonra bəzi sürücülər icazə əldə edə bilməyəcəklər, bu da onların fəaliyyətini məhdudlaşdıra bilər. Əgər icazələr üçün növbə sistemi uzun çəkərsə və ya kvota dolarsa, bir çox sürücü qeyri-leqal fəaliyyətə yönəlmək riski ilə üzləşəcək. Bu halda həm vergi itkiləri, həm də idarəolunmaz “kölgə taksi bazarı” yarana bilər. 

Yəni Nazirlər Kabinetinin qərarı nəqliyyat sektorunda keyfiyyətə nəzarəti artırmaq məqsədi daşısa da, bazarda rəqabətin azalması və qiymət artımı ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Hesab edirik ki, qərarın effektivliyi yalnız şəffaf icazə paylanması, rəqəmsal nəzarət mexanizmləri və alternativ ictimai nəqliyyatın gücləndirilməsi ilə təmin oluna bilər”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, məhdudiyyət o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır: 

“25 000 məhdudiyyət sürücülərə deyil, taksi kimi istismar olunan nəqliyyat vasitələrinə aiddir. Yəni bu, o demək deyil ki, Bakı şəhərində 25 000 taksi sürücüsü olmalıdır. 

Qərar yalnız Bakı şəhəri üzrə tətbiq olunur, bu limitə Xırdalan, Abşeron, Sumqayıt və digər ətraf ərazilər daxil deyil. Sadəcə olaraq, il ərzində Bakı şəhərində 25 000 minik avtomobilinin taksi fəaliyyəti üçün istismarına icazə verilir”.

Onun sözlərinə görə, bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər: 

“Burada diqqət çəkən məqam odur ki, məhdudiyyət yalnız avtomobillərə aiddir, sürücülərə deyil. Bir nəqliyyat vasitəsini bir neçə sürücü istismar edə bilər.Müxtəlif saatlara görə rəqəm dəyişə bilər. Bu da o deməkdir ki, taksi sürücülərinin sayı 25 000-dən çox, hətta 50-100 min nəfər də ola bilər”.

Ekspert qeyd edib ki, qiymət artımı gözlənilmir:

“Bu qərardan sonra taksi sahəsində hər hansı kütləvi ixtisarlar və ya avtomobil sayının azaldılması prosesi gözlənilmir. Bu səbəbdən yaxın aylarda, ən azı ilin sonuna qədər taksi qiymətlərində kəskin artım baş verməyəcək. Qiymətlər əvvəlki qaydada sutkanın saatlarına, iqlim şəraitinə və tələbat səviyyəsinə uyğun olaraq dəyişməyə davam edəcək. Məlumdur ki, bayram və iş günlərində tələb az olduqda qiymətlər enə, hava şəraiti çətinləşdikdə, məsələn, qar yağan günlərdə isə arta bilər”. 

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, taksi sayına məhdudiyyət tıxacın və şəhərdəki sıxlığın qarşısını ala bilər: 

“İnsanları şəxsi maşından və taksidən çox, ictimai nəqliyyata yönəltməliyik. Taksi sayı azaldıqda müəyyən çətinliklər yarana, qiymətlər bir qədər qalxa bilər. Amma məsələ qiymətin qalxıb-qalxmaması deyil, yəni qiymət qalxmasın deyə tıxacda qalmağın da mənası yoxdur. Əsas məqsəd şəhərdəki sıxlığı azaltmaq, tıxacların qarşısını almaqdır. 

Dünyanın bir çox ölkələrinin paytaxtlarında və iri şəhərlərində orta hesabla hər 1000 nəfərə 1 taksi düşür”.

Ekspert qeyd edib ki, 3 milyon əhalisi olan bir şəhərdə təxminən 3 000 taksi fəaliyyət göstərir: 

“Bizdə isə əhalisi 3 milyon olan Bakı şəhərində 75 000-ə yaxın taksi var. İndi isə qəbul edilən qərara əsasən bu say 25 000-ə endirilir və bu rəqəm belə hələ yüksək hesab olunur. Yəni məqsəd heç də insanların rahat gedib-gəlməsinə maneə yaratmaq deyil. 

Amma unutmayaq ki, tıxac olan yerdə rahatlıqdan söhbət gedə bilməz. Əksinə, taksi sayı həddindən artıq çox olduqda şəhərdə sıxlıq yaranır. Məqsəd isə ictimai nəqliyyatın işini optimallaşdırmaq, avtobus zolaqlarını tam şəkildə tətbiq etmək, avtobusların sayını artırmaq və mikromobilliyi inkişaf etdirməkdir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: taksi qərar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri