Icma.az
close
up
RU
Limitin ləğvindən sonra yerli futbolçular üçün şans MOİK

Limitin ləğvindən sonra yerli futbolçular üçün şans MOİK

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


AFFA-nın bir müddət əvvəl qəbul etdiyi yeni qərara əsasən, gələn mövsümdən etibarən Misli Premyer Liqasında 12 komanda çıxış edəcək. 

Təbii ki, bu, özlüyündə I Liqada iştirak edən klublar üçün böyük bir şans və ümid yaradır. 

Aşağı liqa təmsilçilərindən biri də bu gün haqqında bəhs edəcəyimiz MOİK-dir. Mərkəzi Ordu İdman Klubu (MOİK) 10 may 1961-ci ildə Bakı şəhərində yaradılıb. 

Adından da göründüyü kimi, komanda milli ordu tərəfindən təsis olunub. Hazırda ölkə daxilində fəaliyyətini davam etdirən ən qədim 3-cü klub olan MOİK, I Liqanın turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Ordu təmsilçisi oyunlarını 1800 nəfərlik tutuma malik Binə qəsəbə stadinunda keçirir. 

Klub hələ SSRİ dövründən fəaliyyət göstərir. MOİK Azərbaycan çempionatlarındakı çıxışları yadda qalıb. Komanda Azərbaycan SSRİ Liqasında 4, Azərbaycan SSRİ kubokunda isə 8 dəfə qızıl medalın sahibi olub. 

1993-cü ildən etibarən I Liqada mübarizə aparan MOİK 1995 və 2019-cu illərdə bu turniri zirvədə bitirib.

I Liqa təmsilçisi Azərbaycan futbolunun müxtəlif dövrlərində aşağı liqadan Premyer Liqaya yüksəlməsi və yenidən elitanı tərk etməsi üzrə rekordçudur. Komanda 4 dəfə (2001-02, 2004-05, 2009-10, 2010-11) bu halla üz-üzə qalıb. Yetərincə maliyyə dəstəyinin ayrılmaması nəticəsində son 14 ildir ki, klub çıxışını I Liqada davam etdirir. 

Yaxın keçmişə nəzər salsaq, görərik ki, 2018-19 mövsümündə I Liqanı lider tamamlayan komanda Premyer Liqaya yuxarıda saydığım səbəblərə görə yüksələ bilməyib. Yetərincə maliyyə dəstəyinin ayrılmaması nəticəsində son 14 ildir ki, komanda çıxışını I Liqada  davam etdirir. 

AFFA-nın qərarına əsasən, Premyer Liqaya yüksələn hər bir klub yüksək səviyyədə infrastruktur, maliyyə sabitliyinə sahib olmalı, uşaq futboluna önəm verməlidir. MOİK-də isə bu saydığım şeylər demək olar ki, yoxdur. 

Ordu klubu hazırda aşağı yaş qrupları üzrə heç bir komandaya malik deyil. Həmçinin klubun stadion və məşq bazasının standartlara cavab verməməsi, onun elitaya qalxmaq şanslarını yox edir. 

Lakin legioner limitinin ləğv olunması bu yöndə MOİK-in yolunu aça bilər. Digər komandaların əcnəbi futbolçularla heyət formalaşdıracağı mövsümdə ordu klubu yerli futbolçular üçün məskənə çevrilə bilər. Gənc və perspektivli azərbaycanlılar bu komandanın heyətində özlərini yaxşı tərəfdən göstərə bilərlər.

MOİK-in Premyer Liqada iştirak etmək üçün AFFA-nın tələblərinə uyğunlaşması olduqca vacib bir məsələdir. Bu, klubun gələcək inkişafını təmin etməyinə və yüksək səviyyəli futbol turnirlərində iştirak etməyinə gəitirib çıxara bilər. 

Hazırda bu real görünmür. Lakin sadaladığım proseslərin sürətlə inkişaf etməsi nəticəsində şanlı ordumuzu təmsil edən komandanı yenidən Premyer Liqada görə bilərik. Ümidimiz də bu yöndədir…

"Real Madrid"ə ikinci türk: Modriçin tövsiyəsi “Ayntraxt” - “Reyncers”: Zədəlilər bəlli oldu – Təxmini “11-lik” Qurban Qurbanov: “Döyüşçü olmayan bu komandada yer ala bilməz” Voleybolumuzun yüksələn dəyəri: "Abşeron" - FOTO Patrik Andrade: “Agentim Bakıya gələrək, klubla görüşəcək”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri