Icma.az
close
up
RU
“Limonçik Əli” bu səbəbdən SAXLANILDI

“Limonçik Əli” bu səbəbdən SAXLANILDI

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" manset.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. 

Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların  Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see272

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see225

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see202

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see186

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see184

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see183

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see183

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see182

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see181

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see177

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see176

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see175

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see167

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see166

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see163

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see163

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see159

Qocalmanı nələr sürətləndirir?

31 May 2026 20:40see154

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see154

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri