Linz şəhərində iki cüdoçumuz tatamiyə çıxacaq
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin ikinci günündə iki idmançımız tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, kişilər arasında 81 kq çəki dərəcəsində ölkəmizi Vüsal Qələndərzadə və Ömər Rəcəbli təmsil edəcək.
V.Qələndərzadə yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun rəqibi Yaponiyanı təmsil edən Takahiro Yamaşina olacaq.
Ö.Rəcəbli isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. O, ABŞ idmançısı Yohan Silot ilə Macarıstan təmsilçisi Benedek Tot arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:Beş cüdoçumuz Budapeştdə son gündə tatamiyə çıxacaq
13 Sentyabr 2026 10:02
Avropa çempionatı: İlk gündə 5 cüdoçumuz tatamiyə çıxacaq
23 Aprel 2025 10:46
Yeddi cüdoçumuz Avropa çempionatında bu gün tatamiyə çıxacaq
03 Sentyabr 2026 09:57
Bu gün beş cüdoçumuz Böyük Dəbilqə də tatamiyə çıxacaq
08 Fevral 2026 12:04
Azərbaycan qadın cüdoçularla tatamiyə çıxacaq
11 Fevral 2026 16:33
Baxış sayı:184
Bu xəbər 07 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















