“Lion” kimi böyük kluba qarşı sərfəli nəticə qazana bilərik Rauf Əliyev
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Lion”u qəbul edəcək.
Ağdam klubunun sabiq hücumçusu Rauf Əliyev QOL.az-a açıqlamasında bu matçla bağlı fikirləri bölüşüb.
O, Fransa klubunun asan rəqib olmadığını xatırladıb: “Lion” çətin rəqib, çox tanınmış klubdur. Bütün turnirlərdə həmişə iddialı olublar. Düzdür, son dövrlər o qədər də iddialı görünmürlər, amma heyətlərində yaxşı oyunçular var. Keyfiyyətli futbolçulardan ibarət komandadır. Məncə, maraqlı oyun olacaq. Rəqib güclü olsa da, hər iki komanda çətinlik çəkəcək”.
R.Əliyev “Qarabağ”ın son oyunda “Bodo Qlimt”ə (Norveç) qalib gəlməsinin (2:1) həm futbolçularda, həm də azarkeşlərdə inam yaratdığını bildirib: “Qarabağ”a Norveçdəki qələbədən sonra inam böyükdür. Səfərdə “Bodo Qlimt”ə qalib gəldikdən sonra komandaya inam çox artıb. Bu gün “Lion” kimi böyük kluba qarşı sərfəli nətəcə qazana bilərik. Azarkeşlər tərəfindən də buna çox böyük inam var. Ona görə də yəqin ki, stadion dolu olacaq. Bu da “Qarabağ”ın gücünə əlavə güc qatacaq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
Baxış sayı:125
Bu xəbər 28 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















