Icma.az
close
up
RU
“Lion” “Qarabağ”ın pleyoff ümidlərini necə sarsıtdı?

“Lion” “Qarabağ”ın pleyoff ümidlərini necə sarsıtdı?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqası, əsas mərhələ, 5-ci tur
Qarabağ - Lion (Fransa) 1:4 (0:1)

99. Mateuş Koxalski
29. Marko Veşoviç
(2. Mateus Silva, 60)
13. Bəhlul Mustafazadə
81. Kevin Medina
27. Toral Bayramov
(44. Elvin Cəfərquliyev, 65)
7. Yassin Benzya
(11. Emmanuel Addai, 74)
66. Patrik Andrade
(6. Julio Romao, 60)
8. Marko Yankoviç
10. Abdulla Zubir (k)
21. Aleksey Kaşuk
(15. Leandro Andrade, 60)
18. Olavio Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
20. Riçard Almeyda
22. Musa Qurbanlı
24. Aleksey İsayev
30. Abbas Hüseynov
90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
23. Lukas Perri
3. Nikolas Talyafiko (k)
27. Varmed Omari
55. Due Çaleta-Sar
98. Enzli Meytlend-Nayls
18. Rayan Şerki
(17. Said Benrahma, 62)
15. Tanner Tessmann
(31. Nemanya Matiç, 76)
7. Jordan Veretu
(6. Maksens Kakere, 76)
37. Ernest Nuama
(8. Korenten Tolisso, 46)
11. Malik Fofana
(29. Enzo Molebe, 82)
69. Jorj Mikautadze
Ehtiyat oyunçular
30. Jüsten Benqi
40. Remi Deşam
10. Aleksandr Lakezett
16. Abner Vinisius
19. Mussa Nyakate
20. Sael Kumbedi
22. Klinton Mata
Baş məşqçi: Pyer Saj
Qollar: J.Mikautadze, 15 (0:1). K.Tolisso, 63 (0:2). M.Fofana, 68 (0:3). J.Mikautadze, 80 (0:4). Juninyo, 88-p. (1:4).
Vərəqələr: E.Meytlend-Nayls, 57. N.Talyafiko, 90+3 - sarı.
Hakimlər: NENAD MİNAKOVİÇ, Nikola Boroviç, Boşko Bozoviç, Milan Mitiç (hamısı Serbiya).
VAR hakimi: Momçilo Markoviç (Serbiya).
VAR hakiminin köməkçisi: Novak Simoviç (Serbiya).
Hakim-inspektor: Cüneyt Çakır (Türkiyə).
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan).
28 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 22563 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
13 (5) qapıya ("çərçivə"yə) zərbə 14 (10)
5 künc zərbəsi 3
3 ofsayd 2
8 qayda pozuntusu 15
0 (0) sarı (qırmızı) vərəqə 2 (0)
55 topa sahibolma (faizlə) 45

Yenə "Tofiq Bəhramov", yenə "Qarabağ", yenə güclü rəqib və ölkə futbolunda əsən avrokubok küləyi...
Təbii ki, bütün detallar Ağdam təmsilçisinin əvvəlki matçlarıyla eynilik təşkilik etmirdi. Yağışlı hava şəraiti və tam dolmayan tribunalar "köhlən atlar"ın işinin bir qədər də çətin olacağından xəbər verirdi. Bu üzdən elə ilk dəqiqələrdən narahat olmağa dəyərdi. Təbii ki, səbəb kimi yalnız bunlardan bəhs etmək doğru olmaz. Axı Qurban Qurbanovun komandası qol fürsətlərini boşa verdikcə narahatlığımızın həddi birəbeş artdı.
Əvvəlcə Mikautadze "çərçivə"ni nişan almaq istəsə də, Medina zərbənin istiqamətini dəyişdi. Dərhal əks-hücuma keçən "Qarabağ"ın həmləsi isə daha təhlükəli alındı. Təəssüf ki, Yankoviçin uzaq ötürməsini qəbul edən Juninyo Perriylə təkbətək mübarizədən qalib ayrıla bilmədi. O başqa məsələ ki, epizod yekunlaşandan sonra laysmanın bayrağı havaya qalxdı. Etiraf edək ki, qonaqlar daha səliqəli və sürətli çıxışla diqqəti çəkirdi. Fransalılar cəldlik hesabına ardıcıl hücumlar qurur, uğursuz cəhdlərin təsirinə düşmədən qol axtarışına davam edirdi. Onlar "köhlən atlar"ın təzyiqinin səngidiyi anda arzusuna çatdı. Sağ cinahdan cərimə meydançasına qədər irəliləyən "şirlər" 15-ci dəqiqədə Nuamanın məhsuldar ötürməsi, Mikautadzenin qolu sayəsində hesabı açdı. Müdafiə xəttində yerləşən Bəhlulla Veşoviç isə sadəcə, qəfil yaranan təhlükəli vəziyyətin, daha dəqiqi, Enzlinin topu Juninyodan "oğurlamasının", Yankoviçi bir toxunuşla keçdikdın sonra Nuamaya çatdırmasının şokundaydılar. Axı hələ bir neçə saniyə əvvəl ağdamlılar önə çıxmaq üçün yaxşı fürsət qazanmışdı. İndi həmin şansları yenidən yaxalamaq, fasiləyə qədər azı hesabı bərabərləşdirmək vacib idi. Heç bu da alınmadı...
Fürsətlərdən biri bəxtsizlik üzündən boşa getdi. Başqa sözlə, Patrik uzaq məsafədən dirəyi "nişan aldı". 22-ci dəqiqədə Kaşuk qeyri-dəqiq oynadı. Belədə onun başla zərbəsi qapıdan yan keçdi. Ardınca təkbaşına rəqibin müdafiəsini yaran və xeyli irəliləyən Toral öz səhvi ucbatından azarkeşləri məyus, əziyyətini puç etdi. Onun cərimə meydançası daxilində gerçəkləşdirmək istədiyi ötürmə, demək olar ki, ünvansız oldu. 37-ci dəqiqədə isə Yankoviçin uzaqdan göndərdiyi topu qəbul edən Veşoviç fərqlənə bilərdi. Lakin Çaleta-Sar onun zərbəsini vaxtında  zərərsizləşdirdi. Ardından Medina topu cərimə meydançasının daxilinə çatdırmaq istəyən Fofanaya mane oldu. Bir qədər sonra cərimə zərbəsini yerinə yetirən Yankoviç hesabı bərabərləşdirmək imkanından yararlana bilmədi. Uzaq məsafədən birbaşa qapını nişan almaq istəyən monteneqrolu qeyri-dəqiq oldu. "Qarabağ" 42-ci dəqiqədə növbəti bəxtsizliklə üzləşdi desək, yanılmarıq. Ona görə ki, Veşoviçin ötürməsindən sonra başla bəxtini sınayan Juninyonun fərqlənməsinə tir imkan vermədi. Braziliyalı həmin məqamda topa estetik yox, sadə zərbə zərbə vursaydı, yəqin ki, hesab açılacaqdı. Hissənin sonuna qədər Perri Benzyanın də zərbəsini dəf etdi. Beləliklə, bizimkilər fasiləyə geridə yollandı.
İndi gözümüzü ikinci hissəyə dikməkdən, "Qarabağ"ın qələbə qazanacağına olan inamı diri tutmaqdan başqa çarə yox idi.
57-ci dəqiqədə şahidlik etdiyimiz epizoddan sonra bəxtin "köhlən atlar"ın tərəfinə keçdiyini düşünmək olardı. Ona görə ki, bu dəfə Çaleta-Sarın zərbəsi tirdən qayıtdı. Amma fransızların 63 və 68-ci dəqiqələrdə fərqlənməsi bütün ümidlərin üstündən xətt çəkdi. Əvvəlcə Juninyonun baş zərbəsiylə bəxtini sınadığını, Perrinin yerində olduğunu qeyd edək. Ardınca hücuma keçən "Lion"un fərqi artırdığı anları ifadə etmək isə çətindi. Etiraf etməliyik ki, Veretunun ötürməsini qəbul edən Tolisso uzaq məsafədən baxımlı qol vurdu. Koxalski həmin anda topun uçuşunu izləməklə kifayətləndi. "Qarabağ" bir qədər sonra növbəti dejavyü ilə üzləşdi. Juninyo Leandronun ötürdüyü topu baş zərbəsiylə tora qovuşdurmaq istəsə də, qeyri-dəqiq oldu. Belədə hücuma keçən "Lion" hesabı darmadağın həddinə çatdırdı. Bu dəfə Fofana Benrahmanın cərimə meydançasına ötürməsindən maksimum faydalandı. Baxmayaraq ki, onun ətrafında "Qarabağ"ın dörd futbolçusu var idi. Ardınca Perri Medinanın başla zərbəsini zərərsizləşdirdi. 80-ci dəqiqədə hesab biabırçı həddə çatdı - 0:4. Mikautadze Meytlend-Naylsın çatdırdığı topu tora qovuşdurdu. Düzü, Bəhlul gürcüyə mane ola bilərdi. Lakin topa vaxtından əvvəl müdaxilə etmək istəyən futbolçu yerdə qaldı. Yaxşı ki, Meytlend-Nayls sürətlə cərimə meydançasına daxil olan Elvini kobud müdaxiləylə yerə yıxdı və Juninyo 88-ci dəqiqədə dəqiq yerinə yetirməklə qollardan birinin əvəzini çıxdı. Əslində buna dəqiq yerinə yetirdi demək də düz deyil. Dirəkdən dönən top Perridən səkib tora düşdü.
Beləliklə, "Qarabağ" xal ehtiyatını artırmaq, turnir cədvəlində irəliləmək imkanını əldən verdi. Hesabda sadəcə "Bude/Qlimt" üzərində qazanılan qələbə var ki, bu da 29-32-ci yerləri bölüşməkdən başqa nəyəsə yaramır...
Yeri gəlmişkən…
“Qarabağ”ın “Lion”la oyununu izləyənlər arasında yığmanın baş məşqçisi Fernando Santuş yox idi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədlinin dediyinə görə, portuqaliyalı hazırda vətənindədi, Bakıya dekabrın 5-də dönəcək.
KƏNAN BAHADIR
Reaksiyalar

Marko Yankoviç:

“Nə deyəcəyimi bilmirəm. Oyunumuzu təhlil etmək lazımdı. Deyə bilərəm ki, çoxlu qol şansımız oldu. Xüsusən də ilk yarıda oyuna nəzarət etməyə çalışırdıq. Amma bu mövsüm bir çox oyunlarda olduğu kimi, bu dəfə də imkanlardan yararlana bilmirik. Əksinə, qapımızda top görürük. Futbol da belə oyundu. Sən epizodlardan istifadə etməsən, rəqibin 3-4 şansı qol ola bilər. Hər oyuna addım-addım yanaşırıq. Qarşıdan gələn oyunlarda qələbə qazanmaq istəyirik. Bu gün də qələbə üçün meydana çıxmışdıq. Cəsarətli oynadıq, rəqibdən çəkinmirdik. Rəqibin səviyyəsi bəllidi. Bu gün də nümayiş etdirdilər ki, əlinə düşən fürsətlərdən maksimum yararlana bilirlər”.


Olavio Juninyo:

“Keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirdik. Yaxşı rəqibə qarşı döyüşdük, çoxlu qol vəziyyəti yaratdıq. Təkcə mənim üç qol imkanım oldu. Təəssüf ki, istifadə edə bilmədim. Bir qədər bəxt amili də sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Buna baxmayaraq, komandama və futbolçu yoldaşlarıma inanıram. Böyük rəqiblərə qarşı oyunların taleyini bəzi detallar həll edir. Qarşıda çempionat oyunu var. Həmin çempionat oyununa köklənməliyik. Ondan sonra Avroliqa oyunlarını düşünməyə başlayacağıq”.


Due Çaleta-Sar:

“Qalib gəldiyimizə görə xoşbəxtik. Bura qələbə üçün gəlmişdik. Bilirdik ki, rəqibin yaxşı oyunçuları var. İlk hissədə onlar bizə çətinlik yaratdılar. Lakin biz qol vuraraq 3 xal əldə etdik. “Qarabağ” hücumda çox yaxşı idi. Benzya, Zubir və Juninyonu fərqləndirə bilərəm. Onlar texnikalı futbolçulardı. Bilirdim ki, ehtiyatlı olmalıyıq. Onlara fürsət versək, bizi cəzalandıracaqdılar. İlk hissədə çox keyfiyyətli hücumlar qururdular. Lakin bu şanslardan yararlana bilmədilər. Sonra isə biz rəqibin yaratdığı boşluqdan istifadə edib onları cəzalandırdıq. Bu qələbə bizə inam verdi. Qarşıdakı üç oyunda da qələbə üçün əlimizdən gələni edəcəyik”.


Jorj Mikautadze:

“İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu. Bu səbəbdən də ardıcıl qollar vurduq. Bakıya qələbə üçün gəlmişdik. Düzdü, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq. “Qarabağ” çox yaxşı komandadı, ona uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. “Qarabağ”ı komanda kimi bəyəndim. Şəhər gəzintisi zamanı Bakı da çox xoşuma gəldi. Ola bilər ki, gələcəkdə istirahət üçün bura qayıdım”.


RÖYANƏ OĞUZ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see117

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see114

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see112

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri