Lionel Messi 10 milyonluq yaxta sifariş edib
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"İnter Mayami"nin hücumçusu Lionel Messi turizm sektoruna daxil olmaq qərarına gəlib. Bu layihə çərçivəsində futbolçu növbəti dəbdəbəli yaxta sifariş edib. Sport24.az xəbər verir ki, bu barədə "Sunreef Yachts" şirkəti məlumat yayıb.
Uzunluğu təxminən 28 metr olan "Ultima 88" katamaran yaxtası hazırda BƏƏ-də inşa edilir. Tamamlandıqdan sonra Lionel Messiyə təhvil veriləcək. Gəmi beş dəbdəbəli kayuta (o cümlədən geniş əsas kayuta), panoramik mənzərəli istirahət zonalarına, "Ocean Lounge"a (dəniz üslubunda üzmə sahəsi) və şəxsi su nəqliyyat vasitəsi üçün xüsusi qaraja sahib olacaq.
Bu yaxtanın dəyəri təxminən 10 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, yaxta argentinalının İspaniyanın "Med Cat Yachts" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırladığı "IM Ocean" layihəsinin bir hissəsi olacaq. Layihə Balear adalarında – xüsusilə Mayorka, İbitsa və Formentera ətrafında yaxta və katamaranların icarəyə verilməsi üçün nəzərdə tutur.
Baxış sayı:84
Bu xəbər 18 Oktyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















