Lionel Messinin atası Xorxe Messi vəfat edib
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.Az xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb.
Məlumata görə, Xorxe Messi uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.
Xorxe Messi Lionel Messinin atası olmaqla yanaşı, onun peşəkar futbolçu kimi formalaşmasında mühüm rol oynayıb. Xorxe oğlunun "Nyuells Old Boys" akademiyasındakı ilk addımlarından etibarən karyerasını yaxından izləyib, İspaniyaya köçməsi və "Barselona"da peşəkar fəaliyyətə başlaması prosesində ona dəstək olub.
Lionel Messi uşaqlıqda böyümə hormonu çatışmazlığından əziyyət çəkərkən onun müalicəsi üçün imkanların axtarılmasında da Xorxe Messi mühüm rol oynayıb. O, oğlunun "Barselona"ya keçidinin təşkilinə kömək edib. Kataloniya klubu isə futbolçunun müalicə xərclərini öz üzərinə götürərək onun inkişafı üçün lazımi şərait yaradıb.
Xorxe Messi uzun illər ərzində oğlunun meydandan kənar əsas məsləhətçisi və nümayəndəsi olub. O, ictimaiyyət qarşısında nadir hallarda görünərək daha çox kənarda qalmağa üstünlük verib. Lakin Lionel Messinin karyerasının ən mühüm mərhələlərində daim onun yanında olub.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 08 Avqust 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















