Lionel Messinin dublu komandasını Liqalar Kubokunun finalına yüksəltdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lionel Messinin dublu "İnter Mayami"ni Liqalar Kubokunun finalına yüksəldib.
Oxu.Az xəbər verir ki, Lionel Messinin komandası yarımfinalda evdə "Orlando Siti"yə 3:1 hesabı ilə qalib gəlib.
Birinci hissəyə əlavə olunmuş vaxtda qonaqların xorvatiyalı yarımmüdafiəçisi Marko Paşaliç hesabı açıb. 75-ci dəqiqədə "Orlando Siti"nin sloveniyalı müdafiəçisi David Brekalo ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan bir dəqiqə sonra Messi penaltini dəqiq yerinə yetirərək hesabdakı tarazlığı bərpa edib. 88-ci dəqiqədə Jordi Albadan ötürmə alan Messi dublunu tamamlayıb.
Oyuna artırılmış dəqiqələrdə isə venesuelalı yarımmüdafiəçi Telesko Seqoviya yekun nəticəni müəyyənləşdirib - 3:1.
Qeyd edək ki, "İnter Mayami" finalda "Sietl Saunders"lə qarşılaşacaq.
Lionel Messinin dublu komandasını Liqalar Kubokunun finalına yüksəltdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















