Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Argentina millisinin sabiq hücumçusu Lionel Messinin şərəfinə yeni tapılmış bitki növünə onun adı verilib.
Yalnız And dağlarının Peru ərazisində rast gəlinən bu bitki Salvia messii adlandırılıb. Nadir və nəsli kəsilməkdə olan bu növün çiçəkləri açıq mavi və ağ rəngdədir, bu da Argentina millisinin formasını xatırladır.
Latın dilində beynəlxalq botanika nomenklaturası qaydalarına əsasən, bitkiyə Messinin soyadına "i" hərfi əlavə olunmaqla ad verilib. Salvia messii tərcümədə "Messinin bitkisi" deməkdir.
Bu növ Lamiaceae (yasəmənkimilər) fəsiləsinə aiddir və təxminən 1,5 metr hündürlüyə çatır. Bitki çətin şəraitə uyğunlaşmaq qabiliyyəti ilə seçilir və 2000-2400 metr yüksəklikdə, daşlı və quraq dağ yamaclarında bitir. Nəsli kəsilmək təhlükəsi iqlim dəyişikliyi və meşə yanğınları ilə bağlıdır.
Yeni növün kəşfi və adlandırılması ilə bağlı araşdırmanı San Markos Milli Universitetinin Təbiət Tarixi Muzeyindən Pol Qonsales, Argentina tədqiqatçısı Rolando Uriya və Huarango Nature təşkilatından bioloq Jan Kapça-Ramos aparıb.
///Offsideplus.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 18 Oktyabr 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















