Lionel Messinin yeganə qolu komandasına qələbə qazandırdı
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İnter Mayami" 2025-ci ildə ilk rəsmi matçını keçirib. Sport24.az xəbər verir ki, Xavyer Maskeranonun baş məşqçisi olduğu komanda KONKAKAF Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə "Sportinq Kanzas Siti"ni minimal hesabla məğlub edib – 1:0.
Görüşdə yeganə qolu 56-cı dəqiqədə Serxio Busketsin ötürməsindən sonra Lionel Messi vurub. Leo üçün bu matç "İnter Mayami" forması ilə 40-cı oyun olub. Argentinalı Mayami klubunun heyətində ümumilikdə 35 qol vurub və 18 məhsuldar ötürmə edib.
"Sportinq Kanzas Siti" ilə "İnter Mayami" arasında cavab oyunu fevralın 26-da keçiriləcək. Bu cütün qalibi Pley-offun 2-ci mərhələsində Yamayka təmsilçisi "Kavaler"lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 Fevral 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















