Lionun baş məşqçisi: Qarabağ ilk yarıda özünü yaxşı tərəfdən göstərdi
Report.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ" ilk yarıda özünü yaxşı tərəfdən göstərdi.
"Report" xəbər verir ki, bunu "Lion"un baş Pyer Saj Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
"Birinci hissədə "Qarabağ" təhlükəli qol vəziyyətləri yaratdı. Rəqib ilk yarıda özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə müdafiədə daha inamlı çıxış etdik. Hücumlara çıxarkən inamlı təsir bağışladıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.

Qarabağ çox yaxşı komandadır Lionun futbolçusu
27 Noyabr 2024 18:42
Lionun futbolçusu: Qarabağ yaxşı hücum xəttinə malikdir
27 Noyabr 2024 23:58
Qarabağ daha çox qol vura bilərdi Lionun baş məşqçisi
29 Noyabr 2024 00:24
Lionun baş məşqçisi: Qarabağ daha çox qol vura bilərdi
29 Noyabr 2024 00:40

