Lionun futbolçusu: Qarabağ yaxşı hücum xəttinə malikdir AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 noyabr, AZƏRTAC
"Qarabağ" çox yaxşı komandadır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, Ağdam klubunun yaxşı hücum xəttinə sahib olduğunu bildirib: "Qarabağ"ın futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da oynamış Yassın Benzia indi bu komandanın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















