Icma.az
close
up
RU
Liposaksiya əməliyyatının ölümcül riskləri: Professor xəbərdarlıq etdi

Liposaksiya əməliyyatının ölümcül riskləri: Professor xəbərdarlıq etdi

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların estetik cəhətdən daha mükəmməl görünmək istəyi, bu sahədə əməliyyatların artmasına səbəb olub. Bu artımın mərkəzində isə liposaksiya əməliyyatı dayanır. Cərrahların verdiyi məlumata görə, bu günlərdə daha çox insanlar bədənlərindəki arzuolunmaz yağlardan qurtulmaq istəyir və bunun üçün liposaksiyanı üstün tuturlar.

Bu barədə Sitat.info-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, son dövrlərdə aparılan əməliyyatlar liposaksiyadan daha çox, kontur-plastik əməliyyatlardır: "Yəni, həm liposaksiya, həm də lipofilinq edilir. Bu da o deməkdir ki çıxarılmış piylərin orqanizmdə dolğu kimi istifadə olunması aparılır".
Professor bu tip əməliyyatların həyati riskinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, istənilən cərrahi əməliyyatın ilk riski infeksion prosesin başlamasıdır. Digər riski isə, xaric edilən piylərin miqdarından asılıdır. 

"Bəzən əməliyyatlarda texniki qüsurlara görə problemlər yaşana bilər - yaralar irinləyər, piylərin çıxarıldığı yerlərə infeksiya düşə bilər. Orqanizmdən bir anda böyük miqdarda piy çıxarıldıqda, orqanizm ekstremal vəziyyətə düşə bilər. Çünki zədələnmiş və dağıdılmış piyin bir hissəsi bədəndə qalır və onlar sorulmağa başlayır. Belə bil vəziyyətdə, gərək xəstələr bir müddət reabilitasiya keçsin. Təəssüf ki, çox vaxt xəstələr bunu etmirlər və xeyli əziyyət çəkirlər. Ağırlaşmanın bir qrupu da buna bağlıdır".

A.Qeybulla vurğuladı ki, istənilən halda bu əməliyyata gedən şəxs geniş şəkildə müayinə olmalıdır və bunun əsasında da onların əməliyyat göstərişi müəyyən edilməlidir.


Türkanə Muradlı
Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri