Icma.az
close
up
RU
Liqa kuboku “Arsenal” üçün lənətlənib

Liqa kuboku “Arsenal” üçün lənətlənib

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Liqa kubokunda yarımfinalın cavab görüşləri maraqla gözlənilirdi. Axı imkanları daha yüksək qiymətləndirilən “Liverpul”la “Arsenal” ilk oyunda uduzmuşdu.

Belə görünür ki, “topçular” özləri də evdə “Nyukasl”a 0:2 uduzandan sonra finala çıxacağına inanmırmış. Onlar ÇL-də hədsiz çox güc, enerji və emosiya sərf etmişdilər, üstəlik premyer-liqanın son turunda “Mançester Siti” ilə oyunu da unutmayaq. Bütün bunların fonunda Liqa kubokundakı qarşılaşma o qədər də vacib görünmürdü. Hərçənd Arteta meydana döyüşkən heyət buraxmışdı. “Arsenal” lap əvvəldən təşəbbüsü ələ keçirməyə çalışdı. Ancaq bu turnirə mövsümü hansısa titulla bitirmək prizmasından yeganə şans kimi baxan “Nyukasl” çox etibarlı və inadkar komanda təsiri bağışladı. Artıq 19-cu dəqiqədə hesabı açan “sağsağanlar” ümumi üstünlüyü bir qədər də möhkəmlətdi. “Topçular” isə heç cür işə düşmədi. “Nyukasl” hətta qonaqlar topa sahib olandan da meydanda hadisələrin axarına nəzarət edirdi. 2-ci hissənin əvvəlində meydan sahibləri növbəti qolu vurmaqla oyunun taleyinə aydınlıq gətirdi. Bundan sonra yalnız final fitini gözləmək qalırdı.
“Nyukasl”ın finaldakı rəqibi “Liverpul” oldu. Ona görə ki, digər yarımfinal duelində möcüzə baş vermədi. Hərçənd “Tottenhem”in ilk oyundakı qələbəsi fərqli mülahizələrə yol açmışdı. “Qırmızılar” evdə “mahmızlar”a göz açmağa imkan vermədi. Zədələrdən əziyyət çəkən qonaqlar ilk yarıda az-çox dözdü. Kinski bir neçə dəfə komandasını xilas etdi, Soboslainin qolu ofsayd üzündən sayılmadı. Hər halda, “Liverpul” Bissumanın səhvindən yararlanaraq bir dəfə “Tottenhem”in qapısına yol tapdı. 2-ci hissədə artıq qonaqların heç bir şansı yox idi. 50-ci dəqiqədə Nunyesin qazandığı penaltini Salah dəqiq yerinə yetirdi. Ardından Qakpo və Qravenberx qonaqların qapı dirəyinin “möhkəmliyini yoxladı”, sona 15 dəqiqə qalmış isə fərq darmadağın həddinə çatdı. “Mahmızlar”ın müdafiənin mərkəzindəki kobud səhvi Soboslainin qolu ilə nəticələndi. Son topu tirə vurdu. Cavab hücumunda “Liverpul” künc zərbəsi qazandı. Van Diyk yenicə meydana çıxan Makallisterin ötürməsini qolla tamamladı. Qalan vaxt ərzində “Liverpul”un fərqi artırmaq şansı daha yüksək idi, nəinki “Tottenhem”in təsəlli qolunu vurmaq. “Qırmzılar” titulu qorumaq yolunda növbəti addımı da atmalı olacaq. Düzdü, “Liverpul”la oyunun belə asan keçəcəyini gözləməyə dəyməz. Final oyunu martın 16-da “Uembli”də keçiriləcək.
yarımfinal
cavab oyunları
Liverpul – Tottenhem 4:0
Qakpo, 34. Salah, 51-p. Soboslai, 75. Van Diyk, 80.
Liverpul: Kelleher, Bredli, Konate, Van Diyk (Kuansa, 86), Robertson, Qravenberx, Cons (Makallister, 72), Soboslai, Salah (Elliott, 82), Nunyes (Jota, 72), Qakpo (Dias, 82).
Tottenhem: Kinski, Qrey, Danso, Devis (Mur, 82), Spens, Sarr (Berqvall, 57), Bissuma (Porro, 57), Bentankur, Kulusevski, Rişarlison (Tel, 45+1), Son Hın Min.
İlk oyun – 0:1.
Nyukasl – Arsenal 2:0
Merfi, 19. Qordon, 52.
Nyukasl: Dubravka, Trippyer, Şer, Botman (Kraft, 80), Bern, Holl, Merfi (Uillok, 80),Tonali (Lonqstaff, 87), Gimaraynş (Mayli, 90), Qordon, İsak (Uilson, 87).
Arsenal: Rayya, Timber (Kalafyori, 78), Saliba, Qabriel, Lüis-Skelli, Edeqor (Merino, 61), Parti (Jorjinyo, 78), Rays, Martinelli (Nvaneri, 37), Haverts, Trossar (Sterlinq, 61).
İlk oyun – 2:0.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Ümidimiz böyük idi, fərqi aradan qaldıracağımıza inanırdıq. Oyun elə ilk hücumda qol vurmağımızla başladı, ancaq onu saymadılar. İki yaxşı imkanı da əldən verdik, ardından oyunun axarı dəyişdi. Fiziki cəhətdən yorulmuşuq. Ona görə ki, hədsiz çox oyun keçirmişik. Emosional baxımdan da bizə asan deyildi. Bu oyunu sona qədər müsbət nəticəyə nail olacağımıza inandığımız qarşılaşmalar sırasına aid etmək mümkün deyil. Bunu qəbul etmək lazımdı. İlk oyunun nəticəsini nəzərə alsaq, finala çıxmağın çətin olduğunu dərk edirdik. Nəticəni qəbul etmək nə qədər ağrılı olsa da, gələcəyə baxmalıyıq”.


Fakt
“Arsenal" 30 ildən çoxdu Liqa kubokunu qazana bilmir. "Topçular"ın bu turnirdə son çempionluğu 1993-cü ilə təsadüf edib. Arzuolunmaz seriya artıq 32 ili əhatə edir. Londonlular 2018-ci ildən bəri turnirin finalına çıxa bilmir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri