Lisenziya ilə bağlı nəzarət təkmilləşdirilir
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir.
Təklif olunan dəyişikliyə əsasən, bu cür inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















