Lisey rəhbəri oğlunu tikinti şirkətinə rəhbər təyin etdi
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sumqayıt Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunur.
Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətə sədr vəzifəsinə Alışov İdris Mönsüm oğlunun namizədliyi irəli sürülüb.
Onun namizədliyi səhmdarların gələn ilin yanvarın 17-də "İdrak" Liseyində keçiriləcək növbədənkənar ümumi yığıncağında müzakirə olunacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sədr təyin olunacaq İ.Alışov isə "İdrak" Liseyinin təsisçisi və rəhbəri Mönsüm Alışovun oğludur. İ.Alışov isə həm də liseyin iqtisadi məsələlər üzrə direktorudur.
Qeyd edək ki, "İdrak" Liseyi isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi "İdrak" Liseyinin Bakı filialının direktoru Alışova Natəvan Üzeyim qızıdır.

